Rusiya Daxili İşlər Nazirliyi maskali bir şəxsin cümə günü səhər tezdən Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanın evinə girərək ona dəfələrlə zərbələr endirdiyini bildirib.
Hücum Moskva da daxil edilməklə, rusların regional seçkilərdə səs verməsindən iki gün əvvələ təsadüf edir.
Pəncərədən içəri girən maskalı bir şəxs ev sahibini (Pamfilovanı) döydükdən sonra qaçıb.
Pamfilova və həmkarlarının müxalifətdən olan namizədlərin seçkilərdə iştirakının qeydə alınmasından imtina etməsi Rusiya paytaxtında həftələrlə sürən etirazlara səbəb olub.
Seçki rəsmiləri adları qeydə alınmayan namizədlərin bazar günü keçiriləcək seçkilərdə iştirak etməsi üçün kifayət qədər imza toplamadığını bildirmişdi.
“Pəncərədən içəri girən maskalı bir şəxs ev sahibini (Pamfilovanı) döydükdən sonra qaçıb,” nazirliyin açıqlamasında bildirilib.
Hadisənin Rusiya paytaxtının yaxınlığında, Moskva bölgəsindəki İstra şəhərində baş verdiyi bildirilib.