Accessibility links

Rusiya ilə NATO birgə təlimlər keçir


Rusiya ilə NATO birgə təlimlər keçir
Rusiya ilə NATO birgə təlimlər keçir

Rusiya və NATO terrorizmə qarşı birgə təlimlər keçirlər. İlk dəfə olaraq birgə keçirilən təlimlər bu gün səhər, Polşaya məxsus mülki təyyarənin qaçırılmasının stimulyasiyası ilə başlayıb. NATO-Rusiya Kooperativ Hava Məkanı Şurası 2001-ci ildə ABŞ səmalarında baş verən terror hücumlarının təkrar olunmasının qarşısını almaq məqsədi daşıyır. İndiyədək NATO təlimlərində Rusiya təyyarələrindən heç zaman istifadə olunmayıb.

Belə addımların beynəlxalq hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsinə yardım edə biləcəyinə ümid edilir. Bu təlimlərin təyyarələrin havada nizamsız uçmaları qeydə alınan zaman təcili tədbirlər görülməsinə yardım edəcəyi nəzərdə tutulur.

XS
SM
MD
LG