Accessibility links

Rusiya ilə Türkiyə arasında Suriya üzərində gərginlik artır


Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyada öldürülən əsgərlərdən birinin qardaşı Halil Ibrahim Akkaya ilə danışır.
Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyada öldürülən əsgərlərdən birinin qardaşı Halil Ibrahim Akkaya ilə danışır.

Rusiya ilə Türkiyə arasında cümə günü Suriyadakı hərbi kampaniyaları ilə bağlı gərginlik artıb. Ankara Moskvanı Suriyanın İdlib regionunda 33 Türkiyə əsgərinin oldürülməsində günahlandırıb.

Rusiya isə onların ölümündə rol oynadığını inkar edib və Kreml Türkiyə qüvvələrini daha öncə elan olunmamış ərazidə əməliyyat keçirməkdə və Moskvanın müttəfiqi Suriya hökümətinin hədəf aldığı terror qruplarını dəstəklə təmin etməkdə ittiham edib.

Dmitri Peskov
Dmitri Peskov

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, prezident Vladimir Putin hücumların ardınca Rusiyanın Təhlükəsizlik Şurası ilə görüşüb və Rusiya generalları ona bildirib ki, hava hücumları terrorçu qrupların İdlibdə Suriya qüvvələrinə qarşı hücumu nəticəsində həyata keçirilib.

Peskovun dediyinə görə, Türkiyə qoşunları Dəməşqdə müxalif terrorçu qruplara yardım edərkən döyüşə cəlb olunub.

Türkiyə bu iddianı rədd edir və hücumların Ankaranın Moskvaya qoşunlarının həmin ərazidə fəaliyət göstəridiyinə dair xəbərdarlıq etməsinə rəğmən baş verdiyi bildirib. Türkiyə həmçinin hücumun baş verdiyi ərazidə Suriya üsyançılarının olduğunu inkar edib və hava hücumunun qəsdən Türkiyəni hədəf aldığını bildirib.

Mümkün görüş

Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan daha sonra telefon vasitəsilə vəziyyəti müzakirə edib və “yaxın gələcəkdə” Suriyanın şimal-qərbində “vəziyyətin normallaşdırılması” üçün görüş keçirmək ehtimalı üzərində razılıq əldə edib. Bu barədə Krem rəsmiləri xəbər verib.

Türkiyə liderinin sözçüsü isə deyib ki, Ərdoğan həmçinin Türkiyənin Suriyanın hava hücumlarına cavab vermək haqqının olduğunu təkid edib.

Türkiyə əsgərlərinin ölümü Rusiya Suriya hökümətinə İdlib üzərində nəzarəti tətbiq etməyə yardım etdiyi vaxta təsadüf edib.

Suriya hökümətinin Rusiyanın dəstəyi ilə apardığı bombalama kampaniyası humanitar böhrana səbəb olub və nəticədə 900 min sakin Suriya-Türkiyə sərhədinə qaçıb.

Bu vəziyyət həmçinin Türkiyə ilə qarşıdurmaya səbəb olub. Türkiyə Suriyanın 2018-ci ildə Rusiyanın vasitəçiliyi ilə tətbiq olunan bufer zonasına hörmət göstərməyə çağırıb.

Türkiyə Rusiyanı ən son hücumla birbaşa əlaqəsi olmaqda günahlandırmasa da, Ankara tez-tez Moskvanı Dəməşqdəki müttəfiqinə nəzarət edə bilmədiyinə və ya bunu etmək istəmədiyinə görə tənqid edib.

Atəşkəs çağırışı

Rusiya nümayəndə heyətinin cümə günü İdlibdəki böhranı müzakirə etmək üçün Ankaraya səfər etdiyi vaxt Türkiyə rəsmiləri Rusiyanın Suriya hökümətini davamlı atəşkəsə razılaşmağa məcbur etməyə çağırıb.

Türkiyənin NATO-dakı müttəfiqləri bu çağırışlara qoşulub. İttifaqın baş katibi Yens Stoltenberq hücumda ölən türkiyəli əsgərlərin ailələrinə başsağlığı göndərib və hücuma görə Moskva ilə Dəməşqi günahlandırıb.

XS
SM
MD
LG