Accessibility links

Rusiya Suriyada hava hücumlarına başladı


Homs vilayətinin mərkəzi Talbisseh şəhərində zədələnmiş binalar və boş küçələr. 30 sentyabr, 2015. Rusiyanın hava zərbələri Homs vilayətində cəmləşib.
Homs vilayətinin mərkəzi Talbisseh şəhərində zədələnmiş binalar və boş küçələr. 30 sentyabr, 2015. Rusiyanın hava zərbələri Homs vilayətində cəmləşib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya Suriyada hava hücumlarına başlayıb. Əməliyyatlara Rusiya parlamentinin Yuxarı Palatasının prezident Vladimir Putinin Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə İslam Dövləti yaraqlılarına qarşı mübarizəyə yardım məqsədilə Suriyaya ordu göndərilməsi ilə bağlı xahişini təmin etməsindən bir neçə saat sonra start verilib.

İŞİD-i məğlub etmək yeni lider, Suriya xalqını öz ətrafında birləşdirə biləcək inklusiv hökumət tələb edir.
Prezident Barak Obama

Adlarının açıqlanmasını istəməyən rəsmilərin dediyinə görə, Rusiya ordusunun sözçüsü hücumlar barədə ABŞ-ı xəbərdar edib.

Dövlət televiziyası ilə çıxışı zamanı hökumət sözçüsü Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı hücumlarda iştirak edəcəyinə səs verildiyini deyib.

Pentaqon rəsmilərinin fikrincə, son zamanlar qırıcı təyyarələri və hərbi qüvvələrini Suriyanın şimal-qərb bölgəsinə yerləşdirən Rusiya bölgədə nüfuzunu gücləndiməyə çalışır.

Rusiyaya məxsus MiG-29 təyyarəsi
Rusiyaya məxsus MiG-29 təyyarəsi

Bazar ertəsi BMT-nin Baş Assambleyasında çıxış edən prezident Putin Rusiyanın Suriyada rolunun artıdığını, Suriya prezidenti Bəşar Əl-Əsəd ordusunun terrora qarşı rəşadətlə mübarizə apardığını deyib və bu ordu ilə birgə mübarizə aparmağın səhv addım olduğu barədə fikri rədd edib.

Birləşmiş Ştatlar uzun müddətdir əsədin hakimiyyətdən getməsini tələb edir. Prezident Obama BMT Baş Assambleyasındakı çıxışında Əsədin öz xalqına qarşı çəllək bombalarından istifadə etdiyini deyərək yeni rəhbərliyə keçidə çağırıb.

"İŞİD-i məğlub etmək yeni lider, Suriya xalqını öz ətrafında birləşdirə biləcək inklusiv hökumət tələb edir," deyə ABŞ prezidenti bəyan edib.

XS
SM
MD
LG