Accessibility links

Rusiya Günü etirazı [Video]


Rusiya Günü etirazı
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Rusiya polisi bazar ertəsi Sankt-Peterburq və Moskvanın mərkəzində nümayişlərə çıxan yüzlərlə etirazçını nəzarət altına alıb. Nümayişlərdə iştirak edən minlərlə insan hökümətdə dəyişikliklər tələb ediblər.

“Yaranmış vəziyyəti dəyişmək istəyirik. Hakimiyyətdə pulları oğurlayan quldur qruplar mövcuddur.”

Təşkilatçılar və müxalifət lideri Aleksey Navalnı nümayiş yerini ən son anda dəyişməli olublar. Navalnı digər etirazçılar kimi evindən çıxanda saxlanılıb. İndi onu ya bir aylıq həbs, ya da $5,000 cərimə gözləyir. Bu nümayişlər milli bayram Rusiya Günündə keçirilirdi.

“Biz belə işlərlə məşğul olmuruq. Biz onlara baş qoşmuruq.”

Vətənpərvərlik şüarlarının fonunda etirazlar və Navalnının 2018-ci il seçkilərində iştirak niyyəti fərqli fikirlərə səbəb olub.

“Mən onun gördüyü işləri dəstəkləyirəm. Amma düşünmürəm ki, o prezident seçilə bilər. Əsas odur ki, vacib məsələləri diqqətdə saxlayır.”

Navalnı Moskva nümayişlərinin yerini dəyişərək, Rusiya Günü ilə bağlı tədbirlərin keçirildiyi küçələrə təyin etdi. Bu isə maraqlı bir görüntüyə səbəb oldu.

Anti-korrupsiya fəalı Aleksey Navalnı və onun dəstəkçiləri Kreml üçün yeni çətinliklər yaratmağa davam edirlər. Navalnının özünün tarix yazıb-yazmayacağı isə Rusiya cəmiyyətinin bu addımlara necə reaskiya verməsindən asılı olacaq.

XS
SM
MD
LG