Accessibility links

Rusiya Dövlət Duması hökumətin internetdə təhqirinə görə cərimələr qanunu qəbul edib


Rusiya Federasiyasının Dövlət Duması son üçüncü oxunuşda Rusiya cəmiyyəti, dövlət simvolları və dövlət qurumları barədə tənqidi və hörmətsiz yazılar üçün cəza qanunu qəbul edib.

Qəbul olunmuş qanun "cəmiyyətə, dövlətə, Rusiya Federasiyasının rəsmi dövlət rəmzlərinə, Rusiya Federasiyasının Konstitusiyasına və ya Rusiya Federasiyasında dövlət hakimiyyətini həyata keçirən orqanlara açıq hörmətsizlik, insan qürurunu və ictimai əxlaqını təhqir edən" informasiyaya görə cərimə təyin edir.

Bu cür hallara 30 mindən 100 min rubladək administrativ cərimə nəzərdə tutulur. İkinci qanun pozuntusu zamanı şəxsi 100 mindən 200 yüz minədək və ya 15 sutka həbs gözləyir.

Dövlət Duması həmçinin "informasiya texnologiyalarının qorunması" haqda qanun qəbul edib. Bu qanun internetdə və kütləvi informasiya vasitələrində saxta xəbərlər paylaşılmaların qadağasını nəzərdə tutur.

Qanun saxta xəbər paylaşıldığı halda onun silinməsini, həmçinin internet-nəşrlərin blok edilməsi mexanizmini və qanuna əməl olunmadığı halda cərimə nəzərdə tutur. Administrativ məsuliyyətə yalnız naşirlərin nəzarət orqanının tələblərinə cavab vermədiyi halda cəlb olunacaq.

XS
SM
MD
LG