Accessibility links

Rusiyada son sutkada koronavirusdan 890 ölüm halı qeydə alınıb


Rusiya pandemiya başlayandan bəri bir gündə koronavirusdan ölüm sayını ən yüksək həddə çatdığını bildirdi. Rusiyanın Milli Koronavirus İşçi Qrupunun bildirdiyinə görə, bazar günü 890 ölüm halı qeydə alınıb. Ardıcıl beşinci gündür koronavirusdan gündəlik ölüm hallarının rekord həddə çatdığı bildirilir.

İşçi qrupu eləcə də bazar günü ilin ikinci dəfə ən yüksək göstəricisi olduğunu - yeni koronavirusa yoluxanların sayının bir gündə təxminən 25800-ə çatdığını deyib.

Cons Hopkins Koronavirus Araşdırma Mərkəzi pandemiya başlayandan bəri Rusiyada koronavirusun səbəbindən ölənlərin sayının 205000-nə çatdığını və bununla Avropada birinci yerdə olduğunu bildirib.

Cons Hopkinsin bildirdiyinə görə, təxminən 146 milyon əhalisi olan bu ölkədə təxminən 7.5 milyon koronavirus infeksiyası qeydə alınıb. Təxminən 67 milyon əhalisi olan Britaniya isə pandemiya başlayandan bəri 7.9 milyon yoluxma halı ilə Avropaya liderlik edir.

Rusiya rəsmiləri karantin tətbiq etmək, maska taxmaq və ya peyvənd edildiyinə sübut tələb etmək kimi ciddi qaydalar tətbiq etmək planlarının olmadığını deyib.

Ölkənin özünün Sputnik-V peyvəndi olmasına baxmayaraq, Cons Hopkins
Rusiya əhalisinin təxminən 30%-nin tam peyvənd olunduğunu bildirib.

Bu arada idə Britaniyanın Vatic şirkəti seliyə əsaslanan sadə bir test hazırladığını bəyan edib. Bu test insanın COVID-19-a səbəb olan koronavirusun nə dərəcədə yoluxucu olub-olmadığını müəyyən edə bilir.

Vatic şirkətinin açıqlamasında testinin "son dərəcə dəqiq" olduğunu və test zamanı heç bir yanlış nəticə vermədiyini deyib. "Bu, həyatı normal vəziyyətə gətirmək üçün çox vacibdir" - deyə, şirkət bildirib.

Vatic bu testlərin məqsədinin "insanların həftədə bir neçə dəfə istifadə etmək inkanının olmasıdır" deyib.

Şirkətdən verilən məlumata görə, testlərin nəticələri 15 dəqiqə ərzində əldə ediləcək. Lakin sınaqlar davam edir və şirkət testlərin satışı üçün təsdiq gözləyir.

XS
SM
MD
LG