Rusiya Çinə təkmilləşdirilmiş hava müdafiə sistemi göndərməsi prosesini sona çatdırıb. Rusiyanın bu sistemi istehsal edən şirkətinin direktoru jurnalistlərə bildirib ki, şirkət 15 dənə S-300 batareyası göndərib. Maşında yerləşdirilən hərbir batareyada dörd raket olur. İranın da həmçinin Rusiyadan yer-hava tipli raketlər almaq barədə müqaviləsi var. Ancaq bu mübadilə dəfələrlə təxirə salınıb. ABŞ və İsrailin İrana təzyiqi artırdığı bir vaxt, Rusiya bu gecikməni texniki problemlərlə bağlayır. İki ölkə İrana raketlərin satılmasına qəti şəkildə etirazını bildirir. Həmin raketlər İranın nüvə obyektlərinə edilə biləcək hava hücumlarının qarşısını almaq üçün bu ölkəyə kömək edilə bilər.
Prosesə 15 ədəd S-300 batareyasının göndərilməsi daxildir