Rusiyanın bildirdiyinə görə, hələ heç müraciət edilməsə də, Moskva Britaniya rəsmiləri ilə sabiq rus casusu ilə bağlı istintaqda əməkdaşlıq etməyə hazırdır.
Sabiq casus Sergey Skripal naməlum səbəblərlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, 2010-cu ildə ABŞ-la Rusiya arasında casus mübadiləsindən sonra Britaniyada sığınacaq alıb.
Şahidlərin dediyinə görə, Skripal və daha gənc bir qadın xərəkdə Salisburu xəstəxanasına bazar günü aparılıb.
Polis onların naməlum maddəyə məruz qaldıqlarını bəyan edib. Onların cinayət qurbanı olub-olmadığı araşdırılır.