Rusiyanın Roskosmos fəza agentliyi bu gün səhər Qazaxıstandakı Baykonur kosmik mərkəzindən ABŞ peykinin orbitə göndərildiyini bildirib.
Roskkosmos bildirib ki, ABŞ-ın Intelsat 18 telekomunikasiyalar peyki raketdən ayrılaraq kosmosa çatıb və hazırda Intelsat Ltd şirkətinin nəzarəti altındadır.
Rusiya mətbuatı bildirib ki, peyk ABŞ-ın qərb sahili, Asiya və Sakit Okean regionunda müştərilərə telekomunikasiya xidmətləri göstərərcək.