Accessibility links

Rusiya-Azərbaycan sərhədində çoxsaylı insan xəsarət alıb, saxlanılıb - hadisənin şahidi Amerikanın Səsinə danışır


“Dünənki aksiya zamanı Rusiya OMON-u (polis qüvvəsi-red) ilə qarşıdurma zamanı azı 50 nəfər azərbaycanlı xəsarət alıb, 100-120 nəfər saxlanılıb. İki nəfərin vəziyyəti ağırdır. Mən tanıdığım iki nəfərin qabırğaları qırılıb.”

Bu barədə Azərbaycan sərhədində ölkəyə keçmək üçün gözləyən Tovuz rayonunun Aşağı Öysüzlü kəndindən olan Asim Tağıyev Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:05:21 0:00

Dünən, iyunun 15-də Rusiyanın Azərbaycanla sərhədində iki aydan çoxdur gözləyən azərbaycanlılar ölkəyə buraxılmaq tələbi ilə etiraz aksiyası keçirib. Bu zaman polislə qarşıdurma yaranıb. Əraziyə əlavə polis qüvvəsi yeridilib. Polis havaya atəş açıb.

Asim Tağıyev bildirib ki, azərbaycanlıların etiraz akiyası zamanı polislə qarşıdurma yaşanıb.

“Sonra OMON-nu yeritdilər. OMON-da etiraz aksiyasına girişə bilmədi, amma sonradan insanlara tək-tək hücum etdilər. Elə hallar var idi ki, bir nəfərin üzərinə 7-8 OMON-çu düşmüşdü,” o qeyd edib.

Rusiya-Azərbaycan sərhədində etiraz aksiyası (həvəskar çəkiliş)
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Tağıyev hesab edir ki, Azərbaycan Rusiya sərhədində iyunun 15-də baş verən etiraz aksiyasının səbəbi iki aydan çoxdur gözləyən Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmamasıdır.

“Belə ki, dünən buraya (sərhədə) gələnlər ölkəyə buraxılır, amma uzun müddətdir gözləyənlər buraxılmır. Burada uzun müddətdir gözləyən insanların səbri artıq tükənib. Onlar hətta bir-biri ilə mübahisə etməkdən çəkinmirlər. İnsanların səbrləri qalmayıb,” o qeyd edib.

Tağıyevin sözlərinə görə, iyunun 16-da əraziyə Azərbaycandan nümayəndələrinin gələcəyi bildirilir.

“Hazırda burada dünənki aksiya zamanı asfaltın üzərinə tökülmüş insan qanını yuyurlar, qarşıdurma zamanı əraziyə dağılmış əşyaları və quru ot sahəsini təmizləyirlər. Deyirlər Azərbaycandan nümayəndələr gələcək, bunun üçün hazırlıq görürlər,” o bildirib.

Rusiyanın Azərbaycanla sərhədində aksiya zamanı saxlanılanlar
Rusiyanın Azərbaycanla sərhədində aksiya zamanı saxlanılanlar

Mayın 18-də Rusiya-Azərbaycan prezidentlərinin telefon danışığı zamanı problemə toxunulub. Bundan sonra iki ölkənin xarici işlər nazirlərinin iki telefon danışığında problemin həlli yolları müzakirə edilib. Bununla yanaşı, indiyədək ölkəyə bir neçə yüz azərbaycanlı buraxılıb.

Müşahidəçilər hesab edir ki, Azərbaycan hökuməti Rusiya sərhədini açarsa Rusiyada olan yüz minlərlə azərbaycanlının qayıdacağından ehtiyat edir.

Azərbaycan prezidentinin köməkçisi: Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk

“Azərbaycan və Rusiya arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk.”

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı dövlət agentliyinə bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan və Rusiya arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan vətəndaşının Rusiyadan ölkəyə geri qayıdışı təmin olunub.

Hikmət Hacıyev
Hikmət Hacıyev

Hökumət rəsmisi deyib ki, Azərbaycan və Rusiyanın aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəyə geri qayıdışı təmin olunur. “Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.”

Onun sözlərinə görə, vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq,” prezidentin köməkçisi qeyud edib.

Onun sözlərinə görə, ümumiyyətlə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib.

XS
SM
MD
LG