Accessibility links

Rusiya Azərbaycanda Qəbələ RLS-lə bağlı danışıqlar aparır

RLS İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərq regionunu bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir.

Azərbaycan müdafiə naziri Səfər Əbiyev Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovu qəbul edib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələləri və Qəbələ RLS-in icarə şərtləri barədə müzakirələr aparılıb.

Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən "Daryal" tipli stasionar radiolakasiya stansiyasıdır. Stansiya 1985-ci ildə istismara verilib.

Texniki parametrlərinə görə, stansiya 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. RLS İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərq regionunu bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir.

RLS SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə keçib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci il dekabrın 24-nə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verib.

2011-ci ilin iyununda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Qəbələ RLS-in icarə qiymətini artıra bilər. Nazir müavinin sözlərinə görə, Rusiya RLS-in icarə müddətini uzatmaq istəyir. "Biz əməkdaşlığı davam etdirməyə hazırıq. Amma şərtlərə yenidən baxmaq lazımdır".

A.Əzimov rəsmi Bakının konkret hansı məbləği tələb etdiyi açıqlamayıb. O bildirib ki, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbi icarə haqqının artırılmalısını zəruri edir.

2011-ci ilin noyabrında Rusiya müdafiə naziri Anatoli Serdyukov deyib ki, Rusiya Qəbələdəki RLS-i tamamilə yenidən qurmağı, eyni zamanda stansiya üçün icarə olunan ərazinin sahəsini azaltmağı planlaşdırır. Onun sözlərinə görə, RLS Rusiyadakı zavodda hazırlanacaq və o, bilavasitə Qəbələdə quraşdırılacaq.
Müstəqil ekspertlər Qəbələ RLS-in icarə müddətinin uzadılmasının əleyhinədir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna bildirib ki, Rusiya icarə qiymətinin artırılmasının əleyhinədir və Qəbələdə hərbi baza yaradılmasını qarşısına məqsəd qoyub. “Hazırda RLS və oradakı texnika Azərbaycanın mülkiyyətindədir. Rusiya RLS-i yenidən qurduqdan sonra oradakı texnika Rusiyanın mülkiyyətinə çevriləcək. Stansiya Rusiyanın icarəsində olması həm də Azərbaycanın strateji müttəfiqlərinin maraqlarına cavab vermir”, - deyə ekspert qeyd edib.

XS
SM
MD
LG