Accessibility links

Rusiya-Azərbaycan sərhədində qalan 250 nəfər Azərbaycana gətirilir


Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi

Yaxın saatlarda Dağıstanın Qullar qəsəbəsindən Azərbaycana 250 azərbaycanlı vətəndaş gələcək. Onlar aprel ayından sərhəddi keçmələrini gözləyirdilər.

Bu barədə sərhədi keçməkdə olan insanlardan biri Amerikanın Səsinə deyib.

“Bu dəfə siyahılar ədalətli şəkildə tərtib edilib və aprel ayından burada olanların hamısı vətənə qaytarılır,” o qeyd edib. Qayıdanlar karantinə yerləşdiriləcək.

Bundan sonra Dağıstanda təxminən 350 nəfər Azırbaycan vətəndaşı qalacaq, onları da sonra göndərəcəklər.

Ötən gün Dərbənd və Məhərrəmkənd rayonları sərhəddində yerləşən çadır şəhərciyinə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin və hərbçilərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti gəlib. Bu barədə Dərbənd rayonunun rəhbəri vəzifəsini icra edən Fuad Şıxiyev Instagram səhifəsində bildirib.

“Gəlişin məqsədi müvəqqəti çadır şəhərciyində əlavə yerlər təşkil etməyin mümkünlüyü, oradakı vətəndaşların yaşayış şəraiti ilə tanış olmaqdır,”o yazıb.

Dərbənddə Azərbaycan diasporunun nümayəndəsi Qəni Panayev Azərbaycan nümayəndə heyəti ilə görüşdə iştirak edib. O bildirib ki, bu gün sərhəddi 250 nəfər keçəcək.

Panayev bildirib ki, Azərbaycan FHN və DİN-dən olan məmurlar daha 50-60 nəfərin yerləşdirilməsi üçün çadırların sayını artırmaq niyyətindədirlər.

“Bundan əlavə, Azərbaycan FHN iki çadır-mətbəx quracaq, onların hər birində 450 nəfərə xidmət göstərmək mümkün olacaq. Bu, gələnlərin sayının çox olması halında ediləcək. Çadırlara xidmət Azərbaycan FHN öz üzərinə götürür,” Panayev deyib və əlavə edib ki, Azərbaycan tərəfi yerli hakimiyyətlə birgə əməkdaşlıq barədə razılığa gəlib.

Koronavirus səbəbindən Azərbaycan sərhədləri avqustun 1-dək bağlı olacaq. Rusiyanın Azərbaycanla sərhədində mart ayından başlayaraq bir neçə yüz Azərbaycan vətəndaşı ölkəsinə gəlmək üçün gözləyirdi.

Porblem iki ölkə prezidenti və xarici işlər nazirləri səviyyəsində müzakirə ediməsinə baxmayaraq, vətəndaşların ölkəyə buraxılması sonadək başa çatdırılmayıb. Bu zaman sərhəddəki insanlar iyunun 15-də etiraz aksiyası keçirib. Rusiya polisi ilə qarşıdurma zamanı çoxsaylı Azərbaycan vətəndaşı və bir neçə polis xəsarət alıb. Rusiyada qaldırılan cinayət işi üzrə 10 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

İnsidentdən sonra vətəndaşların ölkəyə buraxılması intensivləşdirilib.

XS
SM
MD
LG