Accessibility links

Avropalılar Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirir


Avropa İttifaqı Krım yarımadasının ilhaqından sonra Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.

Almaniya kansleri Angela Merkel parlament sessiyası zamanı qurumun ölçülərin 3-cü mərhələsinə hazırlaşdığını bildirib. O, vəziyyətin gərginləşdiyi təqdirdə tətbiq ediləcək sanksiyalara iqtisadi sanksiyaların da daxil ediləcəyini deyib.

Xanım Merkel bildirib ki, nə qədər ki,Rusiya ilə diplomatik qarşıdurma davam edir, Rusiyanın da üzvü olduğu Böyük Səkkizliyin fəaliyyəti dayandırılır.

Avropa İttifaqı artıq Rusiya rəsmilərinin hesablarının dondurulmasına dair ölçülər götürüb.

Böhranın həlli səyləri çərçivəsində BMT-nin baş katibi Ban Ki Mun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Moskvada müzakirələr keçirməlidir. Sabah isə onun Kiyevdə Ukrayna prezidenti Turçinov və baş nazir Arseniy Yatsenyukla görüşü planlaşdırılıb.

Bu arada Rusiya parlamentinin aşağı palatası-Duma Krımın Ukraynadan ayrılmasına dair sazişi yekdilliklə ratifikasiya edib. Parlamentin yuxarı palatası-Federasiya Şurası sənədi sabah səsə qoyacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG