Accessibility links

Annan Moskvada Putinlə Suriyada vəziyyəti müzakirə edəcək



BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan iyulun 17-də Moksvada Rusiya prezidenti Vladimir Putinlər görüşəcək. Onun Rusiya prezidentindən Suriyada böhranın həllinə yardım istəyəcəyi gözlənilir.

Kremlin mətbuat xidmətinin qarşıdan gələn görüşlə əlaqədar açıqlamasında Rusiya prezidentinin Annan planına dəstəyini bir daha ifadə edəcəyi bildirilir.

Son zamanlar Moskva Suriya böhranın həllində daha fəal roy oynamağa cəhd göstərsə də, Rusiyanın Suriya prezidenti Bəşa Əl-Əsəd rejiminə münasibətdə mövqeyində ciddi dəyişiklik müşahidə edilmişr.

Suriya müxalifəti keçən həftə Rusiyanı Əsəd rejimini dəstəkləməklə hökumətin zorakılıqları davam etdirməsinə imkan yaratmaqda ittiham etmişdi. Fransa prezidenti Fransua Hollande isə Moksvanı beynəlxalq ictimaiyyətin sülh səyləri qarşısında maneə yaratmamağa çağırmışdı.

Rusiya dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasında Suriyada münaqişəyə hərbi müdaxil ilə bağlı qətnamənin qəbul edilməsinə qarşı çıxmışdı.
XS
SM
MD
LG