Yeni seçilmiş prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putin kimi avtokratik liderlərə qarşı çıxacağına söz verib. O, ilk prioritetlərindən birinin münasibətləri düzəltmək üçün NATO müttəfiqlərinə müraciət etmək oldacağını bildirib.
Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dostluq əlaqələri və onu tənqid etməkdən imtina etməsi müşahidəçiləri çoxdan çaşdırmışdı.
"Demək istədiyim budur ki, Donald Trampın iş karyerası 2016-cı ildən siyasi deyil, kökündən ticarətə dayanan müəyyən ambisiyalarına qayıdır" , German Marshall Fondundan Maykl Kimmec bildirib.
Putinə qarşı duracağına və Prezident Tramp tərəfindən zədələnildiyini düşünən Co Bayden NATO ittifaqını gücləndirməyə and içib.
Tramp Almaniya kimi NATO müttəfiqlərinin ABŞ-dan faydalandığından və müdafiələri üçün daha az pul ayırdığından şikayətlənib. Bəzi mütəxəssislər Trampın sözlərinin ittifaqa əməllərindən daha çox zərər vurduğunu deyir.
“Trampın təhlükəli olduğu və trans-Atlantik ittifaq üçün təhlükəli olaraq qaldığı yer daha çox etibarlılıq məsələsidir. O, 2016-cı ildə seçki kampaniyası zamanı NATO-nu köhnəlmiş qurum adlandırmışdı. Bu, onun prezident kimi davranışı deyildi, söylədikləri idi” , Maykl Kimmec əlavə edib.
Avropa ölkələri, xüsusilə Berlin Baydenin qələbəsini alqışlayıb.
Almaniyanın müdafiə naziri ABŞ-ın Avropanın ən vacib müttəfiqi olaraq qaldığını deyib.
“Amerikanın nüvə və adi silahlar imkanları olmadan Almaniya və Avropa özlərini qoruya bilməzlər. Bunlar ağlasığmaz faktlardır” - deyə, nazir Anneqret Karmp-Karrenbauer bildirib.
Söhbət ABŞ-Rusiya münasibətlərindən gedirsə, ekspertlər Trampın bu münasibətləri yaxşılaşdırmaq istədiyini, lakin kampaniyasının Moskva ilə əlaqələri ilə bağlı daxili istintaq onun davranışını məhdudlaşdırdığını deyir.
Analitiklərin fikrincə, bu, Bayden üçün doğru sayılmayacaq.
“Amerika xalqı və Konqres arasında dərin şübhələr var idi, Respublikaçılar da, Demokratlar da, Trampın Rusiya ilə əlaqələndirmək istədiyi hər şeyə çox inamsız yanaşırdılar. Beləliklə, o, Rusiyanı narahat edən heç bir şeylə bağlı iş görə bilmədi.. Baydenin isə bununla bağlı çox fərqli lanşaftı var” , Kimmec qeyd edib.
Digər təhlilçilər Putinin Rusiyaya rəhbərlik etdiyi müddətdə Vaşinqton-Moskva əlaqələrində dəyişiklik gözləmədiklərini deyir.
“Putinin siyasətini dəyişdirmək istəyi çox azdır. Burada çox yer olduğunu düşünmədiyim üçün. Düşünmürəm ki, kimsə Moskvanın dəyişəcəyinə inanır” - deyə, Heritage Fondundan Ceyms Karafano bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü pozmaqda davam etdiyini və Krımda hərbi gücünü artırdığını deyir.
Bu, NATO və Baydenin 2021-ci ildə qarşılaşacağı əsas çətinliklərdir.