Accessibility links

Rusiya ABŞ prezident seçkilərində 21 ştatda səsvermə sistemini hədəf alıb


Rusiya ABŞ prezident seçkilərində 21 ştatın səsvermə sistemini hədəf alıb
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Federal hökumət rəsmilərinin bildirdiyinə görə, Rusiyanın kiber-əməliyyatçıları keçən il ABŞ-ın 21 ştatında səsvermə sistemini hədəf alıb və müəyyən dərəcədə sistemlərə müdaxilə edə bilib. Konqres və Senatda məsələ ilə bağlı dinləmələr keçirilib.

Yalnız iki ştat səsvermə infrastrukturunun haker hücumuna məruz qaldığını etiraf edib. Qanunvericilərə Rusiyanın daha geniş miqyasda kiber hücumları haqda məlumat verilib.

Daxili Təhlükəsizlik nazirliyinin keçmiş katibi Canet Manfra: “Bizdə 21 ştat, ya da 21 ştatın seçki sisteminin hədəf alındığına dair dəlil var.”

Senator Riçard Burr: “Lakin heç bir halda, ya da formada səslərin dəyişdirilməsi baş verməyib.”

Canet Manfra: “Bəli, bu doğrudur.”

Rəsmilər haker hücumuna məruz qalan ştatların adını və ya müdaxilə olunan seçici qeydiyyatı siyahılarının sayını açıqlamaqdan imtina edib.

Senator Mark Uorner Senatın Kəşfiyyat komitəsinin üzvüdür.

“Mən hesab etmirəm ki, bu informasiyanı Amerika xalqından saxlamaqla biz ölkəmizi daha təhlükəsiz edirik. Mən heç bir ştatı utandırmaq niyyətində deyiləm.”

Lakin ştat seçki rəsmilərinin məlumatların açıqlanması ilə bağlı narahatlıqlarını ifadə edib.

İndiana ştatıın nümayəndəsi Konni Louson: “Mən bizim seçki sistemlərimizə ictimaiyyətin etibarı ilə bağlı narahatlıqlara görə gecəni oyaq qalıram. Ən pis bu olardı ki, insanlar onların səslərinin hesablanmadığını düşünə bilər.”

Keçmiş prezident Obama administrasiyasının rəsmisinin sözlərinə görə, ştat seçki rəsmiləri kiber təhlükələrin tanınması və neytrallaşdırılması işində federal yardımın alınması ləng tərpənib.

Keçmiş daxili təhlükəsizlik naziri Cen Conson: “Biz seçici qeydiyyatı haqda məlumat bazasının təhlil edildiyi və araşdırıldığını gördük. Bu, məni çox narahat edirdi. Buna görə də mən ştat rəsmilərini yardım istəməyə təşviq edirdim.”

Lakin Obama administrasiyasının seçki sistemlərini Amerikanın mühüm inrastrukturunun bir hissəsi kimi tanımasının nəticəsi olaraq, ştatların federal hökumət resurslarından istifadə etməsinə imkan yaratması ştat rəsmiləri tərəfindən müsbət qarşılanmır. Belə ki onlar mərkəzləşdirilmiş seçkiləri güc mənbəyi hesab edir.

İndiana ştatıın nümayəndəsi Konni Louson: “Belə bir muxtariyyət vicdansız iştirakçıların qabiliyyətinin yoxlanılması imkanı verir.”

Ştat və federal rəsmilər arasında fikir ayrılıqları yanaşı, seçki sistemlərinin zəif cəhətlərini araşdıran kompyuter mütəxəssisləri tərəfindən də xəbərdarlıq edildi.

Miçiqan universitetinin mütəxəssisi Aleks Halderman.

“Hər bir halda biz hakerlərin maşınları təxrib etməsi və səslərin oğurlanması üçün yollar aşkar etmişik. Bu qabiliyyətlər Amerikanın düşmənlərində də ola bilər.”

Səsvermə maşınlarının internetə bağlanmadığı qeyd edilsə də, onların proqramlaşdırılması üçün istifadə edilən sovtveyer haker hücumuna məruz qala bilər.

XS
SM
MD
LG