Rusiya mayın 13-də iki xəstəxanada baş verən yanğından sonra Rusiyada istehsal edilən tibbi ventilyatorlardan istifadəyə qadağa tətbiq edib.
Ventilyatorlardan koronavirusla mübarizə məqsədi ilə istifadə edilirdi.
Bu cihazların təhlükəsizliyi məsələsi bir gün əvvəl Sankt-Peterburqun Müqəddəs Georgi xəstəxanasında 5 nəfərin ölümünüə səbəb olan yanğından sonra qaldırılmışdı. Digər yanğın isə bir nəfərin ölümü ilə Moskvada baş verib.
TASS xəbər agentliyi bildirib ki, hət iki yanğına Aventa-M ventiyyatorları səbəb olub.
Rusiya həmin ventilyatorları aprel ayında ABŞ-a göndədirb.
Dövlət səhiyyə tənzimləyiçisi Roszdravnadzor aprel ayının 1-dən sonra istehsal edilən ventilyatorlardan istifadə edilməyəcəyini bildirib, lakin bu ventilyatorların yanğına səbəb olduğuna dair heç bir şey deməyib.
Rusiyada virusdan ölənlərin sayı digər ölkələrlə müqayisədə daha azdır. Lakin yoluxma hallarına görə bu ölkə dünyada ikinci yerdədir. Bu günədək Rusiyada koronavirusa 242 271 yoluxma halı qeydə alınıb.