Rusiyanın orbitə üç peyk yerləşdirmək cəhdi uğursuzluğa düçar olub. Satelitləri daşıyan Proton raketi Havay adaları yaxınlığında Sakit Okeana düşüb. Satelitlər Rusiyanın Qlonass naviqasiya sistemini tamamlamaq məqsədi daşıyırdı. Qlonass sistemi ABŞ-a məxsus Qlobal Yerləşdirmə Sistemi və Avropa İttifaqının Qalileo sisteminə alternativ kimi nəzərdə tutulub. Bir neçə Qlonass sistemi artıq orbitdədir. Rusiya rəsmisi qəzanın sistemin fəaliyyətinə təsir göstərməyəcəyini deyir.