Accessibility links

Abbas Lisaninin həyat yoldaşı məhkəməyə çağrılıb


Ruqəyyə Əlizadə və Abbas Lisani
Ruqəyyə Əlizadə və Abbas Lisani

Ruqəyyə Əlizadə məhkəməyə müraciət etmədiyi təqdirdə nəzarət altına alınmaqda təhdid edilib

Bir illik həbs cəzasını İranın Fars vilayətində sürgündə çəkməkdə olan tanınmış güneyli fəal Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadə Ərdəbil Məhkəməsinin ikinci şöbəsinə çağırılıb.

Amerikanın Səsinin xanım Əlizadənin yaxınlarından əldə etdiyi məhkəmə sənədinin surətində onun hansı səbəblər üzündən çağırıldığı qeyd edilməyib, ancaq məhbusun həyat yoldaşı 5 gün ərzində məhkəməyə müraciət etmədiyi təqdirdə nəzarət altına alınmaqda təhdid edilib.

Məhkəmə çağırışı 15 fevral tarixində çıxarılıb.

Abbas Lisaninin yaxınları həmçinin Dünya Ana Dili Gününün ertəsi günü fevralın 22-nə qədər onunla görüşməyin qadağan edildiyini bildirirlər.

Abbas Lisani may 2006 olaylarından sonra 30 ay həbsdə saxlanıldı
Abbas Lisani may 2006 olaylarından sonra 30 ay həbsdə saxlanıldı

Ötən illərdə İranın müxtəlif zindanlarında həbsdə olmuş türk fəal 2011-ci ildə Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatıldığına görə İran İnqilab Məhkəməsi tərəfindən məhkum olduğu bir illik həbs cəzasını çəkmək üçün öncə ötən ilin iyul ayında Ərdəbil zindanına göndərilib, daha sonra Fars vilayətinin mərkəzi Şiraz şəhərinin həbsxanasına sürgün edilib.

Lisaninin xanımı Ruqəyyə Əlizadə ötən ilin sentyabr ayında Amerikanın Səsinə müsahibədə həyat yoldaşının durumunu anlatmışdı.

XS
SM
MD
LG