Accessibility links

Ruhani: Ermənistanın baş naziri ilə görüşdə Arazın çirklənməsi məsələsinə diqqət çəkdim


Ruhani Paşinyan
Ruhani Paşinyan

Prezident Həsən Ruhani bir günlük Təbriz səfərində mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, Ermənistanın Baş Naziri Nikol Paşinyan ilə görüşündə Araz çayının çirklənməsi məsələsini qaldırdığını bildirib.

Ruhani noyabrın 27-də Şərqi Azərbaycana səfər edib.

Təbrizdə mətbuat nümayəndələri ilə görüşən Ruhani deyib ki, “Avrasiya Birliyi iclasında Ermənistanın baş naziri ilə görüşdə Ermənistan sənayesinin tullantılarının Araz çayına axdığına diqqət çəkdim.”

Son vaxtlar yerli media və sosial şəbəkələrdə Ermənistan tərəfindən Araz çayına axıdılan tullantılar səbəbilə suyun rənginin yaşıla döndüyünə dair xəbərlər yayılmaqdadır. Bu xəbərlər yerli əhali və ətraf mühit müdafiəçilərini narahat edir.

Həsən Ruhaninin sözlərinə görə, Ermənistanın baş naziri məsələ ilə bağlı lazımi ölçülərin götürüləcəyinə söz verib. Lakin Ruhani həmçinin deyib ki, “çirklənmənin mənşəyi ilə əlaqədar fikir ayrılıqları var. Bunu keçirdiyimiz görüşlərdə müzakirə edirik.”

XS
SM
MD
LG