Accessibility links

RoyalBankın iki filialının rəhbəri həbs edilib


RoyalBankın binası
RoyalBankın binası

Bankın vəzifəli şəxsləri külli miqdarda vəsaiti talayıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi “RoyalBank”ın vəzifəli şəxslərinin 1,5 mln. manatdan çox vəsaiti mənimsəməsi faktını aşkar edib. Keçən ilin yayında ləğv edilmiş bu bankın iki filialının rəhbərləri həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

İstintaq zamanı “RoyalBank”ın vəzifəli şəxslərinin külli miqdarda özgə əmlakını mənimsədiyi müəyyən edilib.

Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsfəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib, kassadan qanunsuz olaraq götürməklə 400 min manat məbləğində pulu mənimsəyərək talayıblar

Həmçinin, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120 min manat məbləğində kredit rəsmiləşdirib. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Lakin məlumatda hər iki filial üzrə fırıldaqlarda adı hallanan Cam Əli Mohammad Hassan oğlunun (bəzi məlumatlara görə Böyük Britaniya vətəndaşı) məsuliyyətə cəlb edilib-edilməməsi barədə məlumat yoxdur.
XS
SM
MD
LG