Accessibility links

Hava şəraiti Rohinca xalqını daha bir imtahana çəkir [Video]


Hava şəraiti Rohinca xalqını daha bir imtahana çəkir
please wait

No media source currently available

0:00 0:02:05 0:00

May və iyun ayları Banqladeşin cənub-şərqi, Myanmadakı etnik təmizləmə səbəsindən qaçmağa məcbir olan minlərlə Rohinca qaçqını yaşadığı bölgəsində güclü yağışlar və daşqınlar aylarıdır. Yardım qrupları sellər, torpaq sürüşmələri və xəstəliklər barədə xəbərdarlıq edir.

Banqladeşin cənub-şərq bölgəsində, 700 minə qədər qaçqının sığınacaq tapdığı bərbad vəziyyətdəki düşərgəinin yerləşdiyi bölgədə artıq yağışlar başlayıb.

Rohincalar qonşu Myanmadan zorakılıqlar səbəbindən keçən il qaçıb və BMT-nin bunun etnik təmizləmə olduğunu deməsinə baxmayaraq, Myanma bu ittihamı rədd edir.

Lakin hazırkı hava şəraiti Rohinca xalqını daha bir imtahana çəkir. Qasırğalar artıq düşərgəni dağıtmağa başlayıb.

Güclü külək Rukiya Begumun evini dağıdıb. “Külək plastic tavanı qopardı və mən başqa evə getməli oldum. Yağışın o qədər də güclü olmamasına baxmayaraq, mən evimdə qala bilmədim. Güclü yağışlarda nə edəcəyik?”

Külək ilk problemdir. Adətən iyun ayında musson Banqladeşi daha güclü vurur və sellərin düşərgəni tamamilə dağıtma qorxusu var.

Güclü yağışlar eləcə də torpaq sürüşmələri riskini artırır. Torpaq sürüşmələrinə davam gətirməsi üçün ailələr evlərinin təməlini möhkəmlətməyə çalışır. Lakin kiçik sürüşmələr bir neçə nəfərin ölümünə səbəb olub.

Yardım qrupları 100 mindən çox insanın sellər və torpar sürüşmələri riski qarşısında olduğunu deyir. Rohinya qaçqını Həlimə Xatun: “Myanmadan gələndə biz buranın təpəlik və ya çökəklik olduğuna fikir vermədik, çünki bizə yalnız sığınacaq lazım idi. İndi isə yağış mövsümüdür və biz ətrafa qum torbaları yerləşdirməyə çalışsaq da, sürüşmə davam edir.”

Yardım işçiləri qaçqınlara sığınacaqlarını qorumaq üçün bambuk gövdələri və plastik lövhələr gətirir. Lakin bunlar güclü küləyin qarşısını almaq üçün kifayət etmir. Real yardım isə insanların təhlükəsiz yerə köçürülməsidir.

XS
SM
MD
LG