Roma Papası Fransis Suriyadakı zorakılıqları qeyri-insani adlandıraraq, BMT-nin Təhlükəsizlik Şurasının atəşkəs qərarını dəstəkləyib. BMT atəşkəs tələbini yaralıların evakuasiyası və ehtiyac içində olan suriyalıların ərzaq və dərmanla təmin edilməsi üçün irəli sürüb.
Fevral ayı 7 illik münaqişənin ən ağır ayı olub. Yüzlərlə uşaq, qadın və yaşlı zorakılıqlara məruz qalır. Xəstəxanalar atəşə tutulur, insanlar aclıq çəkir
Fransis bu gün Müqəddəs Peter meydanında minlərlə insanın toplaşdığı dua mərasimində zorakılıqların dərhal dayandırılmasına çağırıb.
Roma Papası deyib: "Fevral ayı 7 illik münaqişənin ən ağır ayı olub. Yüzlərlə uşaq, qadın və yaşlı zorakılıqlara məruz qalır. Xəstəxanalar atəşə tutulur, insanlar aclıq çəkir. Bütün bunlar insanlığa sığmaz əməllərdir."
O əlavə edib ki, şərlə şər mübarizə apara bilməz.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü Suriya boyu 30 günlük atəşkəs tətbiq etmək və şəhərlərin mühasirəsini qaldırmaqla bağlı qanun layihəsi üzərində razılıq əldə edə bilməyib.
Onlar şənbə günü yenidən bir araya gələrək səsvermə keçirib, Suriyada atəşkəs əldə edilməsinə dair qətnaməni yekdilliklə təsdiq edib.