Accessibility links

Roma Papası Yerevanda yenidən "soyqırım" sözünü işlətdi


Bu gün Ermənistanda səfərdə olan Roma papası Fransis 1915-ci ildə ermənilərin öldürülməsini anmaq üçün Memorial və muzeyi ziyarət edib. Dünən isə Papa I Dünya Müharibəsi zamanı ermənilərin öldürülməsini "soyqırım" adlandırmışdı. Ötən il oxşar hadisə Ankaranın qəzəbinə səbəb olmuşdu.

Ermənistanda 3 günlük səfərdə olan Papa Fransis erməni sözü olan "Metz Yeghern" işlədib və daha sonra əlavə edib ki, bu hadisə ötən əsrin ilk ən böyül faciəsi olub.

Hələlik rəsmi Ankara Papanın bu ifadələrinə münasibət bildirməyib. Ancaq ötən il oxşar hadisədən sonra Türkiyə Vatikandakı səfirini geri çağırmışdı.

Səfərinin ikinci günü Papa Fransis memorial önündə əklil qoyub və ötənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

"Mən ürək ağrısı ilə dua edirəm ki, bir daha belə hadisələr baş verməsin. Bəşəriyyət bunları unutmur və xeyirin şərə qalib gələcəyini bilir". Papa bu sözləri qonaq kitabında İtaliyanca yazıb.

XS
SM
MD
LG