Accessibility links

Roma papasının seçilməsinin təhlili [Video]


Roma Papasının seçilməsinin təhlili
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Roma papasının argentinalı yezuit keşiş olması onu bir çox cəhətdən fərqləndirir. Ancaq Amerikanın Səsinin müxbiri Ceromi Sokolovskinin hazırladığı təhlil-reportaja əsasən, Papa Fransis güman ki, özündən əvvəlki iki papanın yürütdüyü teoloji xətti davam etdirəcək.

Yeni Roma papası üçün dua mərasimi Vaşinqtondakı Müqəddəs Metyu kafedralında keçirilib.

Kafedralın yepiskopu deyir: "Bu şərəfdir! Bu heyranedicidir! Ilk Amerikalı papa. O ilk yezuit papadır. O, cənub yarımkürəsindən olan ilk Papadır."

Buenos Ayresin arxiyepiskopu Horke Berqoqlio təvazökarlığı ilə tanınır. O yeməyini özü bişirib və ictimai nəqliyyatdan istifadə edib.

Müqəddəs Konsepsiyanın Milli Kilsəsi Vatikanın rənglərinə bürünüb.

Katolik universitetindən Mark Morozovich Roma papasının yeni adının məna daşıdığını deyir.

"Fransis adını seçməklə o, I Fransis oldu. Siz yəqin bilirsiz, Fransis çox ibadət edən və kasıb adam olub. Və biz bilirik ki, Fransis kilsədə islahatlar aparıb."

Papa Fransis ilk çıxışında özünü “yer kürəsinin sonundan seçildiyini" deyib.

Ancaq onun seçimi göründüyü kimi radikal deyil, deyə Corctoun Universitetinden Cesuit institutunun dekanı Çester Qils bildirir.

"Latın Amerikası və Buenos Ayres kimi, o, sələfləri qədər Romanı tanıyır. O, italyanca çox gözəl danışır və orada çox olub. O, insanların düşünə biləcəkləri hər adam deyil."

Çester Fransisin öz sələflərinin yolunu davam etdirəcəyinə inanır.

"Dini baxımdan mühafizəkar, doktrinlərə görə mühafizəkardır. heç bir dəyişiklik görmürəm."

Onun papa seçilməsi göstərir ki, tarixən Avropaya məxsus dini təsisatın gələcəyi 1,2 milyard dünya katolikinin çoxluğunun cəmləşdiyi cənub yarımkürəsindədir.

XS
SM
MD
LG