Avqustun 19-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qaçqın və məcburi köçkünlərə yardım səylərini və Azərbaycanda ABŞ və BMT arasında olan əməkdaşlığı müzakirə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığın (QAK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelis ilə görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazıb.
1993-cü ildən başlayaraq ABŞ Azərbaycanda qaçqın və məcburi köçkün icmalararına yardım məqsədilə 115 milyon dollardan çox vəsait ayırıb.