Aprelin 3-ü Beynəlxalq Minatəmizləmə Günüdür.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Azərbaycan ərazilərinin minalardan təmizlənməsində aparıcı rolundan yazıb.
Səfirin bloqunda yazdığı məqaləni təqdim edirik:
“Heç bir ana uşağının partladıla biləcəyinə görə oynamağa göndərməyə, məktəbdən və ya günorta çağı əylənəndən sonra təhlükəsiz şəkildə evəqayıdacağına görə heç vaxt narahat olmamalıdır”.Con Kerri, ABŞ Dövlət Katibi
Minalanmış torpaq üçün əsgər və ya mülki şəxs fərq etməz. Partlamamış hərbi sursat hərbi hədəflər və ya uşaqlar arasında fərqi bilməz. Dəhşətli reallıq isə odur ki, günahsız vətəndaşlar - kişilər, qadınlar və uşaqlar - çox tez-tez bu müharibədən qalma partlayıcıların qurbanı olurlar. Azərbaycanda 1990-cı illərin əvvəllərindən 2011-ci ilə kimi 367 şəxs bu səbəbdən həlak olmuş və 2000 nəfərdən çox insan xəsarət almışdır. Beynəlxalq Minatəmizləmə Günü insanların azad və təhlükəsiz şəkildə gəzməsi üçün, minalardan gələn bəlanın qarşısının alınmasını vurğulamaq üçün bir şansdır.
Azərbaycanda 1990-cı illərin əvvəllərindən 2011-ci ilə kimi 367 şəxs bu səbəbdən həlak olmuş və 2000 nəfərdən çox insan xəsarət almışdır.
Səfir olaraq mən, Birləşmiş Ştatların Azərbaycanla onun torpaqlarının minalardan və partlamamış sursatlardan təmizlənməsi yönündə uzun zamandır davam edən əməkdaşlığını qeyd etmək şərəfinə malikəm. 1993-cü ildən bəri, biz burada minalardan təmizləməyə dəstək məqsədi ilə 30 milyon dollardan artıq vəsait təmin etmişik.
Birləşmiş Ştatların maliyyə yardımı və əməkdaşlığı ilə Azərbaycanın göstərdiyi
səylər nəticəsində torpaqların minalardan və partlamamış sursatlardan təmizlənməsində əsl irəliləyiş əldə edilmişdir. Saloğlu yaxınlığındakı bir ərazidə, 1991-ci ildə ölkədən çıxan Sovet Ordusu partlayıcılarla dolu 138 ədəd bunkeri məhv etmiş və beləliklə ərazini yarım milyondan çox partlamamış sursat hissələri ilə zibilləmişdir. Bu gün təmizlənmiş ərazidə məktəb yerləşir və toplanmış metal qırıntılarının satışından əldə edilmiş vəsait hesabına kəndin uşaqları üçün idman stadionu tikilmişdir.
Saloğlu yaxınlığındakı bir ərazidə, 1991-ci ildə ölkədən çıxan Sovet Ordusu partlayıcılarla dolu 138 ədəd bunkeri məhv etmiş və beləliklə ərazini yarım milyondan çox partlamamış sursat hissələri ilə zibilləmişdir.
Amerika Birləşmiş Ştatları həmçinin Gürcüstanla sərhəddə və Ceyrançöldə ərazidən partlamamış hərbi sursatların və müharibənin digər partlayıcı qalıqlarının təmizlənməsi istiqamətində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) NATO ilə birgə səylərini əlaqələndirən aparıcı ölkədir. Proyektin birinci fazasında ANAMA 19 kvadrat kilometr ərazini 173 mina və 14, 654 partlamamış sursat hissələrini məhv edərək təmizləmişdir. ANAMA işçiləri 23 kvadrat kilometr ərazini təmizləməyi qarşıya məqsəd qoymuş və demək olar ki, yarısını yerinə yetirmişlər. Hər bir mina, hər bir partlamamış sursatın təmizlənməsi xilas olunmuş bir həyatdır.
Bütün dünya bu il Beynəlxalq Minatəmizləmə Gününü qeyd etdiyi kimi, biz də Azərbaycanla əməkdaşlığımızı və digərlərinin həyatını xilas etmək üçün öz həyatları ilə risk edən ANAMA işçilərinin heyrətamiz işini qeyd edirik.