Accessibility links

Robert Müller açıq ifadə verməyə razılıq verib


Xüsusi prokuror Robert Müller ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi və Kəşfiyyat Komitəsi önündə açıq ifadə verməyə razılıq verib.

Komitələrin sədrləri Cerrold Nadler və Adam Şiff çərşənbə axşamı məktub vasitəsilə Müllerin iyulun 17-də ifadə verəcəyini və onlar və bütün amerikalıların onu dinləməyi səbirsizliklə gözlədiklərini bildirib.

Müller demək olar iki il boyunca Rusiyanın 2016-cı ildə keçirilən seçkiyə müdaxiləsi və prezident Donald Trampın ədaləti əngəllədiyinə dair ittihamlarla bağlı təhqiqat aparıb. Daha sonra o, təhqiqatının nəticələri ilə bağlı hesabat çıxarıb.

Bu hesabatın redaktə edilmiş versiyası aprel ayında ictimaiyyətə təqdim olunub və həmin hesabatda Trampın kampaniyasının seçki zamanı Rusiya ilə əməkdaşlıq etmədiyinə dair nəticə çıxarılsa da, ədalətin əngəllənib-əngəllənməməsinə dair nəticə çıxarılmayıb.

Tramp prosesi tənqid edərək, istintaqı dəfələrlə “ifritə ovu” adlandırıb.

XS
SM
MD
LG