Accessibility links

Robert Geyts Konqresi müdafiə büdcəsinin ixtisarı planını dəstəkləməyə çağırıb


Robert Geyts Konqresi müdafiə büdcəsinin ixtisarı planını dəstəkləməyə çağırıb
Robert Geyts Konqresi müdafiə büdcəsinin ixtisarı planını dəstəkləməyə çağırıb

ABŞ -ın müdafiə naziri Robert Geyts Konqresi müdafiə büdcəsinin ixtisarı planını dəstəkləməyə çağırıb. O, ordunun ölkəsinin üzləşə biləcəyi təhlükələrə cavab vermək üçün kifayət qədər güclü olduğunu deyib. Senatln alt komitəsində ifadə verən nazir deyib ki, aşağı büdcə və daha az qüvvə ilə belə ABŞ ordusu təhlükələrin öhdəsindən gəlmək imkanına malikdir. Robert Geyts və admiral Maylk Mallen ordunu lazımi təlimlər və təchizatdan məhrum edə biləcək büdcə ixtisarına yol verməmək barədə xəbərdarlıq verib. ABŞ prezidenti Barak Obama təhlükəsizlik məsərəflərinin 400 milyrad dollar məbləğındə ixtisarına çağırır. İstefasından əvvəl sonuncu dəfə Senat qarşısına nazir kimi çıxan Geyts son dörd il yarım ərzində orduya rəhbərlik etmək vəzifəsinə görə şərəf duyduğunu bildirib

XS
SM
MD
LG