Accessibility links

Riçard Vaytz: ABŞ-ın etməli olduğu ilk şeylərdən biri regionda daha aktiv rol oynamaqdır


Riçard Vaytz: ABŞ-ın etməli olduğu ilk şeylərdən biri regionda daha aktiv rol oynamaqdır
please wait

No media source currently available

0:00 0:05:15 0:00

Hudson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyi və Rusiya ilə ABŞ-ın bu gərginliyin həllindəki rolunu şərh edib.

Amerikanın Səsi: Cənab Vaytz, bu həftə Azərbaycanla Ermənistan arasında yeni sərhəd böhranı yaşanıb. Ermənistan Azərbaycan qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafəsində Ermənistan ərazisinə daxil olduğunu bildirib. Azərbaycan isə bu iddianı rədd edib və Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, sərhəd qüvvələrinin ortaq sərhədin demarkasiyası üçün çətin texniki prosesdə iştirak etdiklərini bildirib. Sizin bu vəziyyətlə bağlı düşüncəniz nədir? Bu böhranın təhlükəli səviyyəyə eskalasiya etmək riski varmı?

Riçard Vaytz: Düşünürəm ki, ən pis hal azərbaycanlıların rusiyalıların Gürcüstanda etdiyini etməsi olardı ki, bu da sərhədini genişləndirməsi, bir neçə aydan bir işğal zonasını böyütməsi və eyni zamanda beynəlxalq reaksiyaya səbəb olmayacaq dərəcədə gərginliyi yüksək tutmasıdır.

Mən burada da eynisinin baş verib-vermədiyini bilmirəm. Azərbayan rəsmiləri iddia edir ki, onlar Azərbaycana verilən, amma hava şəraiti və başqa səbəblərə görə qüvvələrini yerləşdirə bilmədikləri əraziləri zəbt edirlər.

Əgər ikincisi doğrudursa, bunu həll etmək mümkündür. Zənnimcə indi Rusiya da məsələni həll etmək üçün addım atır. Amma mən düşünürəm ki, bu cür hərəkətlər ABŞ-ın görmək istədiyi mənzərəyə ziddir. ABŞ gərginliyin həlli, xarici, yəni Rusiya qüvvələrinin çıxarılmasını və bu iki ölkənin bir-biri ilə, daha sonra isə Avro-Atlantik Ticarət Şəbəkəsinə inteqrasiya etməsini istəyir .

Amerikanın Səsi: Ermənistan sərhəddəki vəziyyətlə bağlı rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ODKB) müraciət edib. ODKB Rusiyanın başçlıq etdiyi hərbi ittifaqdır və bu təşkilata üzv ölkələr bir-birilərini xarici hücuma qarşı qorumaq məcburiyyətindədir. Təşkilat müraciətə cavab olaraq bildirib ki, blok Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir və lazım olsa, kollektiv təhlükəsizlik müqaviləsində nəzərdə tutulduğu kimi müvafiq tədbirlər həyata keçiriləcək.

Bundan əlavə Ruisya Azərbaycanla Ermənistan arasında demarkasiya xəttinin çəkilməsinə yardım etməyi təklif edib. Sizcə Ruisyanın bu yeni vəziyyətdəki rolu nədir?

Riçard Vaytz: Təssüf ki, Rusiya qüvvələrini regionda saxlamaqda və buna görə də, münaqişənin və iki tərəf arasında gərginliyin müəyyən dərəcədə davam etməsində maraqlıdır, amma bunun daha öncə baş verən açıq müharibə səviyyəsində olmasını istəmir.

Bəli, Rusiya müvafiq demarkasiya xəttini təklif etməkdə, qüvvələrin ayrılmasında rol oynaya bilər, amma yeganə rol oynayan ölkə olmamalıdır. Minsk Qrupu, Türkiyə və başqa oyunçular da bu prosesdə iştirak etmək istəyə bilər, çünki əks təqdirdə məsələ tək bir ölkənin, bu münaqişədən hər iki ölkə üzərindəki təsir gücünü saxlamaq üçün sui-istifadə edən Rusiyanın ixtiyarına buraxılır.

Amerikanın Səsi: ABŞ son bir həftədə məsələ ilə bağlı bir neçə bəyanatla çıxış edib. Mayın 17-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ermənistanın Baş Naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ayrı telefon danışığı aparıb. Ağ Evin yaydığıı məlumatda bildirilir ki, Ceyk Sallivan Ermənistanla Azərbaycan arasındakı son gərginliklə bağlı narahatlığını ifadə edib və sərhəddə demarkasiya xəttinin çəkilmədiyi ərazilərdə hərbi fəaliyətin “məsuliyyətsiz və təxribatçı” olduğunu vurulayıb. O, iki ölkənin beynəlxalq sərhədlərin demarksiyası üçün rəsmi müzakirələr aparmasının vacibliyini vurğulayıb. Sizcə ABŞ həm Minsk Qrupunun həmsədri olaraq, həm də hər iki ölkə ilə ikitərfəli münasibət səviyyəsində məsələnin həllinə necə kömək edə bilər?

Riçard Vaytz: Hazırda ABŞ-ın siyasətinə gərginliyin azalmasına çağırışdan əlavə başqa nəyinsə daxil olub-olmadığını bilmirik. Mən bilirəm ki, dövlət katibi məsələ ilə bağlı narahtlığını ifadə edib, amma mən Minsk Qrupunu canlandırmaq üçün böyük səylərin aparıldığını və ABŞ-ın regon üçün öz sülh planını irəli sürdüyünü görmürəm. Mən Türkiyə ilə ABŞ arasında bu məsələdə əməkdaşlığın olduğunu da görmürəm. Ona görə düşünürəm ki, ABŞ-ın etməli olduğu ilk şeylərdən biri regionda daha aktiv rol oynamaqdır. ABŞ hansı məqsədlərə çatmaq istədiyini, münaqişənin ideal həll yolunun nə olduğunu nəzərdən keçirməyə başlamalıdır və bunları nəzərə alaraq Fransa və başqa Avropa ölkələri, mümkündür Türkiyə ilə və əlbəttə ki, Azərbaycan və Ermənsitanla birlikdə işləməlidir. Azərbaycan ABŞ-la daha yaxın əlaqə qurmaq, ən azından əlaqələri bərpa etmək istəyir. Ermənistan da məncə ABŞ prezidentinin erməni soyqırımı ilə bağlı bəyanatından və ABŞ-ın Ermənistanla işləməyə açıq olduğuna işarə edən başqa fürsətlərdən istifadə edə bilər.

Məncə ABŞ müəyyən mənada Rusiya və ya Türkiyədən və ya münaqişə tərəflərindən daha maraqsız və effektiv vasitəçi ola bilər. Amma buna baxmayaraq mənim fikrimcə ABŞ bu məsələdə daha aktiv rol oynamalıdır, bayxmayaraq ki, Yaxın Şərq və başqa yerlərldə siyasətçilərin diqqətini cəlb edən çox sayda başqa böhranlar var. Və bundan əlavə ABŞ-da hələ də vəzifələrinə təyin olunmayan rəsmilər də var ki, bu da Birləşmiş Ştatların məsələyə effektiv cavabını ləngidir.

XS
SM
MD
LG