Accessibility links

Riçard Morninqstar: "Azərbaycan tənqidlərə qəzəbli reaksiya verir"


US-Azerbaijan Convention
US-Azerbaijan Convention
Aprelin 30-u Vaşinqtonda keçirilən illik “ABŞ-Azərbaycan Qurultayı”nda çıxış edən ABŞ-ın Azərbaycandakı səfəri Riçard Morninqstar iki ölkə arasındakı münasibətlərdən danışıb. Villard oteldə çıxış edən səfir Morninqstar ölkələr arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq auditoriyaya belə bir sualla müraciət edib: Azərbaycanın suverenliyini və müstəqilliyini belə qəti şəkildə ABŞ və Avropadan başqa kim dəstəkləyib?

Cənab Morningstar deyib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərir. Onun sözlərinə görə, münaqişənin həlli Rusiyanın tam əməkdaşlığı olmadan çox çətindir.

Azərbaycanda son həbs və araşdırmalardan da danışan cənab səfir Morningstar diqqəti Rauf Mirqədirovun həbsinə yönəldib. O deyib ki, ABŞ Ermənistanla Azərbaycan əhalisi arasında insanların təmasını dəstəkləyir. “Rauf Mirqədirovun həbsi, Leyla Yunus və Arif Yunusla bağlı istintaqın başlanması Ermənistan və Azərbaycan arasında təmaslara ziyan vurur və bu, yanlışdır” – deyə səfir Morninqstar çıxışı zamanı bildirir.

ABŞ səfiri deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində insan haqları və demokratiya qəliz sayıla biləcək sahədir. Onun sözlərinə görə, Azərbaycan tənqidlərə qəzəbli reaksiya verir: “Onlar nəyə görə tənqid olunduqlarını anlamırlar. Deyirlər ki, Azərbaycan təhlükəli regionda olduğu üçün ölkədə sabitlik qorunmalıdır. Deyirlər ki, bizi dəstəkləmək üçün çox iş görüblər və son 20 ildə misli görünməmiş inkişaf yaşanıb”.

Səfirin sözlərinə görə, bunlar doğrudur, ancaq ABŞ inanır ki, Azərbaycanda daha açıq cəmiyyət daha böyük sabitlik gətirəcək.
XS
SM
MD
LG