Accessibility links

Rio ziyarətçiləri İsa Məsihin heykəlinə üz tutur [Video]


Rio ziyarətçiləri İsa Məsihin heykəlinə üz tutur
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Rio ziyarətçiləri İsa Məsihin heykəlinə üz tutur

İdmançılar, rəsmilər və onların ailələri daxil olmaqla, Rio de Janeyronun Olimpiya ziyarətçiləri bu gözəl sahil şəhərinə həyatlarında ilk dəfə gəlib. Gəzmək üçün zamanı olanların ziyarət edəcəkləri yerlərin siyahısının ən başında Braziliyanın köhnə paytaxtını yuxarıdan izləyən İsa Məsihin heykəli yer alır.

Dəmir-beton və sabundaşından hazırlanan Art Deko heykəli artıq 85 ildən çoxdur Riodadır.

İsa Məsihin heykəli
İsa Məsihin heykəli

“Pik mövsümündə hər gün 3-4 ziyarətçi olur. Digər mövsümlərdə isə təxminən 2 min,” deyə heykəlin yerləşdiyi əraziyə nəzarət edən menecment çirkətinin sahibinin qızı Jaklin de Melo bildirir.

İsa Məsihin heykəli Rionun populyar Kopakabana çimərliyindən 20 dəqiqəlik məsafədə yerləşir. Onun yerləşdiyi təpəyə çıxmağın ən məşhur yolu tramvay vasitəsilədir. Biletin qiyməti isə 21 dollardır. Jaklin de Melo deyir ki, heykələ çıxdıqdan sonra orada misli-bərabəri olmayan bir təcrübə yaşayırsan.

“Şəhəri yuxarında 360 dərəcədə görmək olar. 2007-ci ildən bəri bu heykəl dünyanın yeddi möcüzəsi sırasına daxil edildiyi üçün, indi hər kəs gəlib onu görmək istəyir,” deyə o bildirir.

İnsanları heykələ çıxaran tramvay heykəlin özündən köhnədir. İlk tramvay xidməti 1884-cü ildə fəaliyyət göstərməyə başlayıb və heykəlin yerləşdiyi Korkovado dağına qalxmaq üçün 700 metr hürdülüyündə məsafə qət edir.

Tramvayda gəzinti də özü-özünə bir macəradır. Zirvəyə çatandan sonra heykəli görmədən öncə bir neçə pilləkan qalxmaq lazımdır.

Rio Marakana stadionu
Rio Marakana stadionu

“Çox gözəldir. Bu dünyanın möcüzələrindən biridir,” deyə kolumbiyalı bir turist bildirir.

İsa Məsih heykəli 30 metr hüdürlüyündədir. Buna isə 8 metrlik pyedestal daxil deyil. Əlləri 28 metr uzunluğunda açılır. Heykəlin ən yuxarısında –məşhur Marakana stadionu, İpanema çimərliyi və şəhər mərkəzi daxil olmaqla bütün Rio de Janeyronu görmək mümkündür.

Amma ziyarətçiləri cəlb edən polşalı-fransız heykəltaraş Pol Landovskinin dizayn etdiyi heykəlin əzəmətidir.

“Həqiqət budur ki, heykəl gözəldir. Çox təsir bağışlayır. Biz onu görmək üçün həyəcanlanırdıq və indi burda olmağımıza çox şadıq,” deyə argentinalı bir turist bildirir.

Və əlbəttə ki, heç kəs burada olduğunu sübut etmək üçün şəkil çəkmədən heykəlin yanını tərk etmir.

XS
SM
MD
LG