Accessibility links

Riçard Kazlariç: "Biz realist, eyni zamanda isə nikbin olmalıyıq"


Riçard Kazlariç: "Biz realist, eyni zamanda isə nikbin olmalıyıq"
please wait

No media source currently available

0:00 0:06:35 0:00

İyunun 27-də Birləşmiş Ştatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raundu başlayıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə danışıqlardan gözləntiləri, tərəflər arasında müzakirə edilməli olan məsələləri və tərəflər arasında sülh razılığı persektivlərini şərh edib.

Amerikanın Səsi: Səfir Kazlariç, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh danışıqlarının növbəti raundu üçün Vaşinqtondadır. Sizin fikrinizcə, nazirlər hansı məsələləri müzakirə edəcək?

Riçard Kazlariç: Sülh prosesi ilə bağlı müsbət xəbərlərin olması yaxşıdır. Və deyə bilərəm ki, danışıqlar mənim yaşadığım yerə 5 dəqiqəlik məsadəfə yerləşə nbir yerdə keçirilir. Mən Xarici Xidmət İnsitutunu yaxşı tanıyaram və ora ciddi danışıqların aparılması üçün yaxşı yerdir, çünki mediadan, Vaşintonda bir hoteldəki kimi diqqət yayındıran başqa şeylərdən uzaqdırdır. Və, bu Vaşinqtonda bir neçə ay öncə başlayan, daha sonra isə Brüsseldə davam etdirilən prosesin davamıdır. Mən demək istəyirəm ki, məncə təəssüf ki, bu danışıqların bərpası çox uzun vaxt aparıb, amma indi ki bərpa olunub, məncə bu hər iki tərəfə müniqişəyə uğurlu diplomatik son qoymaq üçün həll edilməli olan ciddi məsələləri diqqət mərkəzindən uzaq bir yerdə müzakirə etməyə imkan verir.

Amerikanın Səsi: Danışıqların ilk raundu tərəflər arasında hər hansı razılıqla nəticələnmədi. Siz bu dəfəki danışıqların sülh razılığı ilə nəticələnəcəyini gözləyirsinizmi?

Riçard Kazlariç: Məncə hər kəs bundan nikbin olmalıdır, amma məncə biz sülh razılığı əldə edəcək, başqa sözlə desək, Azərbaycan və Ermənistan liderlərinin hər iki tərəf üçün məcburi olan bir sənəd imzalayacağı bir nöqtədə deyilik. Fikrimcə sülh razılığı əldə etmək üçün ilk öncə nəqliyyat əlaqələri və ya bu problemin çox sayda çox spesifik detallı aspektləri ilə bağlı razılıqlar əldə olunmalıdır. Mən bu danışıqlarda sərhəd demarkasiyası məsələsini necə həll etməli olduqları ilə bağlı müəyyən irəliləyiş gözləyirəm, amma bundan da öncə nəqliyyat əlaqələrinin həlli ilə bağlı nə isə olmalıdır, çünki biz bu yaxınlarda Laçın dəhlizi məsələsində gördük ki, bu həll edilməli bir məsələdir, çünki bu, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə nöqtəsinə çevrilib.

Məncə müzakirə olunmalı məsələlər arasında insanların evlərinə geri dönmək məsələsi var ki, bu həm Azərbaycan, həm Ermənistan üçün mürrəkkəb bir məsələ olacaq. Zənnimcə, partlamayan minalar məsələsi ilə bağlı da müəyyən irəliləyiş olmaldır, çünki bu, hər iki tərəfdə evlərinə qayıdan vətəndaşlaın təhlükəsizliyinə ciddi təhlükə törədir. Mən bu məsələlərin hamısını həll olunduğunu göstərən nəzərəçarpan bir irəliləyiş gözləyirəmmi? Düşünürəm ki, xeyr. Amma ümid edirəm ki, bu cür müzakirələr olacaq. Və mən həmçinin ürəkdən ümid edirəm ki, bu, 1 və ya 2 dəfəlik bir hadisə olmayacaq və onlar həm yüksək səviyyəli, həm də bəzi aşağı səviyyəli rəsmilər arasında başqa müzakirələri nəzərdən keçirirəcəklər. Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, mən danışıqlarda nələrin müzakirə edilidiyini bilmirəm və biz hamımız, belə desək, medianın, o cümlədən Amerikanın Səsi və başqalarının bu danışıqları işıqlandırmasından asılıyıq.

Amerikanın Səsi: Sizcə, ABŞ-ın bu danışıqlardan gözləntiləri nədir?

Riçard Kazlariç: Mən dövlət katibi Blinkenin ofisindən və Dövlət Departamentinin başqa yerlərindən gələn pres-relizdlərən asılıyam. Məncə onlar həqiqətən də bunun razılıqla nəticələnəcəyinə ümid edirlər. Tərəflər danışıq aparıb, hər iki tərəf güzəştlər etməyə hazır olsa, bu mümkün ola bilər. Məncə daha öncə qeyd etdiyim məsələlər üzərində müəyyən irəliləyişlər olmasa, döyüşlərin bərpa olunacağına dair narahatlıq var. Ona görə də məncə ABŞ-ın əsas məqsədi tərəflər arasında davamlı şəkildə üz-üzə danışıqları həvəsləndirməkdir ki, mümkün qədər tez bir zamanda sülh razılığı əldə olunsun. Bu, xarici işlər nazirlərinin görüşdən sonra bir sənəd imzalayıb, məsələ həll oldu deyəcəkləri qədər asan deyil. Biz hələ o mərhələdə deyilik. Ona dörə də biz, və biz deyəndə mən icitmaiyyət və hökumət rəsmilərini nzərədə tuturam, biz realist, eyni zamanda isə nikbin olmalıyıq.

Amerikanın Səsi: Sizcə Moskvanın Vaşqintonun Azərbaycanla Ermənistan arasında mümkün sülh razılığına vasitəçilik etməsinə reaksiyası nə ola bilər?

Riçard Kazlariç: Hətta xoşagəlməz Vaqner məsələsi baş vermədən öncə belə, Moskva həm ABŞ həm də Aİ-in səylərinə xələl gətirməyə çalışırdı. Lavrov açıq şəkildə demişdi ki, ABŞ və Aİ Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflətməyə çalışır. Açığını desəm, mən daha öncə də demişəm ki, Rusiya Ukraynada hərbi müdaxiləsini davam etdiyi bir vaxtda, onların ABŞ və Aİ kimi sülh razılığı əldə etmək üçün oynadıqları müsbət rolu oynamasını gözləmək çox çətindir. Məncə biz Rusiyanın həm Dağlıq Qarabağda qalan sülhməramlıları baxımından Cənubi Qafqazdakı sülhməramlılarının mövcudluğuna nə olacağını həm də rusların 44 günlük müharibədən sonra bu əməliyyat üçün sülhməramlı təmin etmək imkanlarını nəzərədən keçirməsini izləməliyik. Hazırda mən Rusiyanın ABŞ və Aİ-nın etdyini təkrarlamaqdan başqa faydalı nə isə edə biləcəyini düşünmürəm. Mən ümid edirəm ki, həm Yereavn həm də Bakı səylərini Brüssel və Vaşinqtona yönəldəcək, ən azından Rusiya bir nöqqədə məsuliyyətli bir aktyor olub, məsələyə cəlb olunanaq qədər.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG