Accessibility links

Riçard Kazlariç: "Döyüşlərin yenidən başlamasına çox təəssüf edirəm"


Riçard Kazlariç
Riçard Kazlariç

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağ regionunda "lokal xarakterli antiterror tədbirlərinə" başladığnı elan etməsinə münasibət bildirib.

Amerikanın Səsi: Səfir Kazlariç, Azərbaycanın Qarabağda anti-terror əməliyyatları elan etməsinə münasibətiniz nədir?

Riçard Kazlariç: Mən döyüşlərin yenidən başlamasına çox təəssüf edirəm. Biz artıq tələfatların olduğuna dair xəbərlər alırıq. Döyüşlərin başlamasının səbəbi aydın deyil. Mən Azərbaycan tərəfinin, deyəsən, bir gün öncə minanın partlaması nəticəsində polis zabitlərinin öldüyünə dair dediklərini qəbul edirəm. Yəni belə görünür ki, bu bir səbəbdir. Bununla belə, mən düşünürəm ki, Azərbaycan döyüşlərə yenidən başlamaq üçün bir səbəb axtarırdı. Çünki təkcə elə ritorikasından nə birbaşa Ermənistanla, nə də ABŞ və Aİ-nin vasitəçiliyi ilə ciddi sülh danışıqları aparmağa qərar verməmişdi. Mən "müharibənin başlayacağını təxmin edirdim" dəyənlərdən deyiləm, amma başqa baş verənlənləri nəzərədə aldıqda da buna təəccüblənmirəm. Dediyim kimi, bunun nə ilə nəticələnəcəyindən asılı olmayaraq, qaliblər olmayacaq. Bu davam edən bir faciədir. Mülki vətəndaşlar öləcəklər. Ordudakı insanlar öləcəklər. Azərbaycannın inşa etdiyi infrastruktura da çox güman ki, müharibənin təsiri olacaq. Biz artıq Şuşanın atəşə tutulduğuna dair məlumatlar almışıq. Yəni bu bir faciədir.

Amerikanın Səsi: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, "Moskva Dağlıq Qarabağda zorakılıqların artmasından dərin təşvişə düşüb." Daha sonra Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın həm Azərbaycan həm də Ermənistanla təmasda olduğunu deyib və münaqişənin həlli üçün danışıqlara çağırıb. Rusiyanın yerdə sülhməramlı qüvvələrinin olduğunu nəzərə aldıqda, siz Moskvanın həll yolu tapacağını gözləyirsinizmi?

Riçard Kazlariç: Mən 2020-ci ilin noybarında, belə desək, üçətərəfli bəyanat dövrünün ən başında demişdim ki, həmin sənəddə qeyd edildiyi kimi, Rusiyanin sülhməramlı əməliyyatı döyüşlərin təkrarlmasının qarşısını almaq üçün qeyri-adekvatdr. O çox kiçikdir və çox xüsusi bir ərazidə yerləşdirilib. Və aydındır ki, Rusiyanın Ukraynadakı davranışı indi oxuduğunuz bəyanatı şübhəli edir, çünki mən Rusiyanın bu münaqişənin dinc həllində marağı olduğunu düşünmürəm.

Amerikanın Səsi: Siz Vaşinqtonun son hadisələrə münasibətinin nə olacağını gözləyirsiniz?

Riçard Kazlariç: Mən həmişə özümü Dövlət Departamentində birinin yerinə qoymağa çalışıram. Düşünürəm ki, dövlət katibi Blinkenin bu yaxınlarda üstləndiyi səyləri, yəni həm ABŞ-da danışıqlara vasitəçilik etməsini, həm də telefon danışıqları aparmasını, o cümlədən 24 saatdan az bir vaxt öncə Prezident Əliyvblə telefonla danışaraq, Qarabağ sakinlərinə humanitar təchizatların çatıdırlması üçün hər iki quru nəqliyyat yollarının açıq qalacağına əmin edildiyini nəzərə aldıqda, bu, çox böyük məyusluq olacaq. Məncə bu çox böyük bir məyusluq olacaq, çünki xüsusi nümayəndə Bono bu yaxınlarda regionda səfərdə ikən, əminəm ki, sülh prosesini davam etdirmək barədə danışıb, indi isə bu baş verdi. Mən deməyəcəm ki, bu, Birləşmiş Ştatlar və bizim etidklərimizə görə baş verib və Bakının Vaşinqtonun bu yaxınlarda Senatın Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı keçirdiyi görüşləri ilə bağlı qeyri-məmnunluğunu göstəməyinin yoludur. Amma bu, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün yaxşı bir hal deyil. Dövlət katibinin müavini Kimin ifadəsini dinləyən hər kəs bilir ki, o, açıq şəkildə bildirdi ki, ABŞ Azərbaycana yardımı yasaqlayan 907-ci düzəlişi dondurmağa hazır deyil, çünki hələ ki, baxış keçirir. Mənim zənnimdə isə bu, Ermənistanla Azərbaycan arasında gedən birbaşa sülh danışıqlarının irəliləyişindən asılıdır ki, bu hələ ki, baş verməyib. Ona görə də, məncə döyüşlər davam etdiyi təqdirdə Azərbaycanının ABŞ-la münasibətləri çox çətin olacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG