Accessibility links

Riçard Hoqland: Belə görünür hər şey nəhayət doğru istiqamətdə irəliləyir


Riçard Hoqland: Belə görünür hər şey nəhayət doğru istiqamətdə irəliləyir
please wait

No media source currently available

0:00 0:03:50 0:00

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağdakı ermənilərin nümayəndələri arasında keçirilən görüşü, Rusiyanın Cənubi Qafqazdakı rolunu və ABŞ-ın son hadisələrə reaksiyasının şərh edib.

Amerikanın Səsi: Səfir Hoqland, Azərbaycan rəsmiləri deyib ki, Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilərin nümayəndələri arasında ilk görüş müsbət keçib və tərəflər yaxında başqa bir görüş keçirməyə razılaşıb. Iz bu yeni irəliləyişi necə dəyərləndirirsiniz? Bu görüşlər bölgədə sülhə gətirib çıxara bilərmi?

Riçard Hoqland: Bu çox vacib bir irəliləyişdir, çünki, son bir neçə gündə yeni zorakılıq olub və nə vaxt Dağlıq Qarabağda zorakılıq olsa, onun nəzarətdən çıxma təhlükəsi olur. Məncə hər kəs “Allaha şükür” deməlidir ki, insanlar bu dəfə məntiqli davranır. Belə görünür ki, həm Azərbaycan həm də Ermənistanın, habelə Qarabağdakı erməni diasporanın liderləri bu dəfə doğru istiqamətdə irəliləyir. Ümid edək ki, irəliləyiş olacaq.

Amerikanın Səsi: Bu danışıqlar Azərbaycanın Qarabağda “anti-terror əməliyyatlarına” aparmasının ardınca əldə olunan atəşkəsdən sonraya təsadüf edir. Siz bu hadisələrin zamanlaması ilə bağlı nə deyə bilərsiniz?

Riçard Hoqland: Zamanlama hər zaman tarixi müzakirəyə açıqdır. Mən bilirəm ki, Rusiyanın başı Ukraynadakı cinayətkar müharibəsinə qarışdığı üçün, bu dəfə o qədər də diqqət yetirmirdi. Kim bilir bu doğrudurmu? Hər hansı səbəbdən zorakılıq başladı. Azərbaycan buna qarşı reaksiya verdi və çox cəld hərəkət etdi. Və biz Allaha şükür edək ki, hələ ki, belə görünür hər şey nəhayət doğru istiqamətdə, Qarabağdakı etnik ermənilərin hüquqlarına hörmət edəcək, eyni zamanda isə Azərbaycanın ərazi bütövlüyini qoruyub saxlayacaq tarixi razılığa doğru irəliləyir.

Amerikanın Səsi: Rusiyadan söz düşmüşkən, görüşdə Rusiya sülhməramlılarının nümayəndəsi də iştirak edib və atəşkəs də məhz Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Sincə Rusiya bölgədə hələ də böyük nüfuza malikdirmi? Rusiyanın Cənubi Qafqazdakı böyük məqsədi nədir?

Riçard Hoqland: Əlbəttə ki, Rusiya regionda böyük nüfuza malikdir, çünki ora sabiq Sovet İttifaqının tarixi əraziləridir. Bu tarix yüzlərlə il öncəyə gedir. Rusiya indi hansı rol oynayır? Ümid edək ki, müsbət rol. Bu isə regionda nəhayət həqiqi sülhü təmin etməyə kömək etməkdir. Mənim Rusiyanın bunu istədiyinə şübhə etməyimə heç bir səbəb yoxdur. Ancaq biz bilməliyik ki, bu sülh əldə olunsa, bu Rusiya sülhməramlılarının ərazindən getməsinə və həm Yerevan həm də Bakıda hökumətlərin beynəlxalq tərəfaşlarına üz tutmasına yol açacaq. Ona görə də, mən əminəm ki, belə bir vəziyyətdə Rusiya bunu ağlının bir hissəsinə tutacaq.

Amerikanın Səsi: Və son olaraq, siz Vaşinqtonun son hadisələrə reaksiyasını necə dəyərləndirirsiniz?

Riçard Hoqland: Mən çox şadam ki, dövlət katibi Blinken mümkün qədər tez bir zamanda telefon zənglərini etdi və Birləşmiş Ştatların, regiondakı ölkələrin nə edə biləcəklərini soruşdu. Və zənnimə, dövlət katibi Blinkenin Dövlət Departamentinin, Ağ Evin bu regionun əhəmiyyətini dərk etdiyini göstərməsi çox mühüm rol oynadı. Ona dörə də məncə bu çox müsbətdir. Mən şadam ki, bu oldu.

Forum

XS
SM
MD
LG