Accessibility links

Amerika səfiri avqustun 1-də ölkəni tərk edəcək


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar

İyulun sonunda onun vəzifə səlahiyyətləri başa çatır

Amerikanın Azərbaycandakı səfirliyi bəzi KİV-lərdə səfir Riçard Morninqstarın vida mərasiminə qatılması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən səfir Riçard Morninqstarın vəzifə səlahiyyəti bu il iyulun sonunda başa çatır. Səfir avqustun 1-də ölkəni tərk etməyi planlaşdırır. “Qaldı ki, ABŞ təhsilli Azərbaycanlı Məzunlar Birliyi tərəfindən cənab səfirin və onun həyat yoldaşı xanım Morninqstarın şərəfinə təşkil olunan tədbirdə cənab səfirin və onun həyat yoldaşının iştirakına, bu yalnız sabah onların Avropadan qayıdışından sonra məlum olacaq.

Onlar hal-hazırda Avropa ölkələrinin birində məzuniyyətdədirlər. Bu tədbir isə cənab səfir və onun həyat yoldaşının bu təşkilatla sıx əməkdaşlığına görə təşəkkür xarakteri daşıyır”, mətbuat xidməti bildirir.
XS
SM
MD
LG