Accessibility links

Bollivud ulduzu Rişi Kapur vəfat edib


Bollivudun iki ildir leykemiya xəstəliyi ilə mübarizə aparan veteran aktyoru Rishi Kapur cümə axşamı Mumbayda vəfat edib.

"Mənim adım Jokerdir" (Mera Naam Joker) filmində uşaq aktyor kimi çıxış edən 67 yaşlı ulduz, 1973-cü ildə sevgi hekayəsi olan "Bobbi" filmindəkı roluna görə milyonlarla insanın qəlbini qazanmışdı.

Rişi Kaspurun ölüm xəbəri Hindistan film sənayesi Bollivud və on milyonlarla pərəstişkar üçün ikiqat zərbə oldu. Belə ki, Rişi Kapur xərçəng xəstəliyindən dünyasını dəyişən məşhur aktyor İrfan Xandan bir gün sonra vəfat edbi.

Rişi Kapur təxminən bir il Nyu-York xəstəxanasında müalicə edildikdən sonra keçən ilin sentyabr ayında Hindistana qayıdıb. Çərşənbə günü Mumbaydakı xəstəxanaya aparılıb.

Kapur Bollivud film sənayesində dominantlıq edən məşhur ailənin üçüncü nəsil aktyoru idi.

Təxminən 50 ili əhatə edən karyerası müddətində əvvəllər romantik filmlərin qəhrəmanı olan aktyor son on illərdə çox məşhur bir aktyora çevrilmişdi. Onun sonuncu dəfə çəkildiyi film 2018-ci ildə “102 Not Out” filmi olub.

Sosial mediada veteran aktyorlardan və pərəstişkarlarından yüzlərlə başsağlığı paylaşılıb. Bollivudun ən nəhəng ulduzu Amitab Baççan Twitter səhifəsində belə yazıb: "Mən məhv oldum".

"Rishi Kapur geniş dünyagörüşlü, cazibədar və canlı bir aktyor idi" - deyə, Hindistanın baş naziri Narendra Modi Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG