"Azərbaycanda çox sayda məhbusların həbsi və hətta bəlkə də işgəncəsinə görə məsuliyyət daşıyan insanlara Maqnitski Aktı, qlobal sanksiyalar tətbiq olunmalıdır." - Azərbaycanın aparıcı müxalifət lideri Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə 4 il 3 ay müddətinə həbs olunmasına münasibət bildirən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə deyib. O, Qərb ölkələrinin Azərbaycanla səssiz diplomatiya aparmaq vaxtının geridə qaldığını bildirib.
Amerikanın Səsi: Səfir Kazlariç, bildiyiniz kimi, Tofiq Yaqubluya ilə bağlı 4 il 3 ay müddətinə həbs qərarı çıxarılıb. Sizin buna münasibətinizi öyrənmək istəyirik.
Mən bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma məncə səssiz diplomatiya aparmaq vaxt artıq başa çatıb. Mən bunu daha öncə də demişəm ki, Azərbaycanda çox sayda məhbusların həbsi və hətta bəlkə də işgəncəsinə görə məsuliyyət daşıyan insanlara Maqnitski Aktı, qlobal sanksiyalar tətbiq olunmalıdır.
Riçard Kazlariç: Bu vəziyyətin həm Tofiq Yaqublu və ailəsi, həm də digər siyasi məhbuslar üçün davam etməsi məni hiddətləndirir. Biz Tofiq Yaqublu və Fuad Qəhrəmanlıya çox diqqət ayırırıq, çünki onlar tanınmış simalardırlar. Amma biz başa düşməliyik ki, bu, çox sayda insana təsir göstərən bir davranışdır. Bakıda ötən ay baş verən nümayişdən bəri 40-dan çox insan həbs olunub. Və hələ də çox sayda insan həbsdədir, çünki rejim onları azadlıqda olduqları və düşüncələrini azad şəkildə ifadə etdikləri zaman təhdid olaraq görür. Bu faciəvi bir vəziyyətdir. Bildiyimiz kimi, Azərbaycan son günlərdə bu mənada tək deyil. Amma mən şəxsən bu insanlara və onların ailələrinin keçirdikləri hisslərə görə kədərlənirəm.
Bu, Azərbaycandan kənarda olan insanların tənqid etməli olduğu bir məsələdir. Mən bilirəm ki, Avropada və ABŞ-da ən son baş verənlərlə bağlı narahatlıq artıb.
Mən bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma məncə səssiz diplomatiya aparmaq vaxt artıq başa çatıb. Mən bunu daha öncə də demişəm ki, Azərbaycanda çox sayda məhbusların həbsi və hətta bəlkə də işgəncəsinə görə məsuliyyət daşıyan insanlara Maqnitski Aktı, qlobal sanksiyalar tətbiq olunmalıdır.
Amerikanın Səsi: Siz Tofiq Yaqublunun məhkəmə işini izləmisinizmi? Sizi məhkəmə prosesində və ya ona qarşı sürülən ittihamlarla bağlı nə isə təəccübləndirdimi?
Riçard Kazlariç: Mən məhkəməni yaxından izləməmişəm ki, onunla bağlı real rəy bildirə bilim. Gördüyüm qədər bu məhkəmədə də əsas hüquqların təmin olunmaması, saxta ittihamların irəli sürülməsi nümunəsi təkrarlandı. Bundan əlavə onun həbsxanada saxlandığı şərait də ürəkaçan deyil, xüsusilə də pandemiya vaxtında. ABŞ həbsxanalarındakı vəziyyəti nəzərə alaraq, orada da vəziyyətin eyni və ya daha da pis olduğunu düşünürəm. İnsanlar bir-biriləri ilə çox yaxın əlaqədə olurlar.
Amma düşünürəm ki, ona verilən dörd-beş illik həbs müddəti normal məhkəmə prosesi altında anlaşılmaz bir haldır.
Orada insanlar həbs olunur, daha sonra ictimai çağırışlar olur, ABŞ və Qərb ölkələri tərəfindən məxfi diplomatiya aparılır. Bunun ardınca isə rejim seçdiyi bir vaxt insanları azadlığa buraxmağa qərar verir, amma onların səyahət etmələrinə və ya tənqidi çıxışlar etmələrinə icazə vermir.
Amerikanın Səsi: Siz onun 4 il üç ay müddətində həbsdə qalacağını gözləyirsinizmi? Sizcə onun həbsi xarici təşkilatlarla danışıqlarda bir alət kimi istifadə oluna və yaxud nə isə qarşılığında azadlığa buraxıla bilərmi?
Riçard Kazlariç: Bu, bizim illər boyu Azərbaycanda şahid olduğumuz bir davranışdır. Orada insanlar həbs olunur, daha sonra ictimai çağırışlar olur, ABŞ və Qərb ölkələri tərəfindən məxfi diplomatiya aparılır. Bunun ardınca isə rejim seçdiyi bir vaxt insanları azadlığa buraxmağa qərar verir, amma onların səyahət etmələrinə və ya tənqidi çıxışlar etmələrinə icazə vermir.
Mən bu dəfə də belə bir şey baş versə təəccüblənmərəm, bunun üçün ən doğru zamanın nə olduğunu bilmirəm. Adətən bu, siyasi və qeyri-siyasi məhbusların əfvi ilə bağlı sərəncam çərçivəsində baş verir. Amma bəzən məni Bakıda bu siyasəti yürütən insanların ağıllarından nələrin keçdiyi maraqlandırır, çünki onlar xaricdən reaksiyanın sərtləşəcəyini və hər hansı məqsədlə bununla bağlı bir tərdbir görməli olacaqlarını bilirlər. Belə bir halda sual yaranır ki, “əgər bu insaları azad edəcəkdinizsə, niyə onları həbs etdiniz və özünüzü ictimai qınaqlara məruz qoydunuz?” Açıq desəm, Azərbaycan cəmiyyətində bunların nə üçün baş verdiyini anlamıram. Fikrimcə bu, daha çox daxili bir mesaj vermək məqsədi daşıyır. Rejim də Azərbaycan daxilindəki insanlar hökümət əleyhinə danışmağın, və ya hökümətin icazə vermədiyi müəyyən insanlar və ya qruplarla əlaqələrinin olmasının bədəlinin olduğunu dərk etdikləri təqdirdə müəyyən həddə qədər beynəlxalq şikayətlərə məruz qalmağa razıdır.
Amma yenə də, bu mənim fikir bildirəcək qədər yaxşı anladığım məsələ deyil. Lakin bu daha öncə baş verib və bu dəfə də baş versə təəccüblənmərəm.
Amerikanın Səsi: Tofiq Yaqublu həbsinə etiraz etmək məqsədilə aclıq askiyasına başlayıb. Buna reaksiyanız nədir?
Riçard Kazlariç: Mən dəqiq bilmirəm, amma fikrimcə, o, öz işini və digər siyasi məhbusların işini diqqət önündə saxlamaq üçün başqa alternativinin olmadığını düşünüb, çünki hökümət ölkə daxilindəki və xarici diqqəti onlardan yayındırmaq üçün əlindən gələni edir. Buna COVID-19-la mübarizə, Ermənistanla toqquşma və başqa hadisələr daxildir. Ümid edirəm ki, o özünü yaxşı hiss edir və sağlamlığına zərər vurmayacaq.
Amma mən həm də düşünürəm ki, onun yerində olan bir insan diqqəti öz işinə və Azərbaycanda insan haqları məsələsinə cəlb etmək üçün başqa çarəsinin olmadığına inana bilər.
Amerikanın Səsi: Siz daha öncə Azərbaycan rəsmilərinə sanksiyaların tətbiq olunmasının tərəfdarı olduğunu qeyd etdiniz. Noyabr ayında ABŞ-da seçkinin olduğunu nəzərə aldıqda, seçkidə qalib gələcək ya Tramp administrasiyası və yaxud Bayden administrasiyasının Azərbaycana qarşı sanksiya tətbiq edəcəyini gözləyirsinizmi?
Riçard Kazlariç: Maraqlıdır ki, Tramp administrasiyası başqa kontekstlərdə dünya liderlərinə və, məsələn, Çin və Venesueladakı rəsmilərə qarşı sanksiyalar tətbiq edib.
Düşünürəm ki, başqa ölkələrə qarşı da bənzər tədbirlər görülüb. Bəzi hallarda isə bundan sui-istifadə də ediblər. Məsələn bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsi rəsmilərinə sanksiya qoyulub. Amma yenə də bu administrasiya doğru şərtlər altında sanksiya tətbiq etməyə hazırdır.
Bayden administrasiyası başqa tədbirlər görərmi? Bilmirəm. Obama adminstrasiyası zamanı onlar sanksiyalara yalnız ən son çarə kimi əla atırdılar.
Amma düşünürəm ki, seçkidən sonra və ya hətta əvvəl vəziyyət elə dözülməz hala gəlib çıxar ki, bəzi addımlar atıla bilər. Ya da administrasiya qərar verə bilər ki, yalnız müəyyən şəxslərə qarşı sanksiya tətbiq etməklə rəsmilərin diqqətini çəkə bilər. Tofiq Yaqublunun işində bu daha da asan ola bilərr, çünki biz hakimlərin, ittihamçıların kim olduğu bilirik. Biz həbsxana sisteminə kimin nəzarət etdiyi bilirik. Beləliklə bütün hökümətə və ya Azərbaycan xalqına sanksiya tətbiq etməmiş oluriq, sadəcə onun həbsinə görə birbaşa məsuliyyət daşıyanları hədəf alırıq. Amma Tramp administrasiyasının ikinci müddətdə bu məsələ ilə bağlı nə qərar verəcəyini bilmirəm.
Administrasiya dəyişsə nələrin baş verəcəyini demək çətindir. Mümkündür ki, ilk günlərdə bu məsələ onların gündəmində əsas yer almasın.
Bu yaxşı sualdır, amma fikrimcə indi, seçkidən öncəki müddətdə bunu cavablandırmaq mümkün deyil.