Accessibility links

Reza Təğəvi Tehranda 29 ay saxlandığı Evin həbsxanasından çıxdıqdan sonra açıqlama verib


Reza Təğəvi Tehranda 29 ay saxlandığı Evin həbsxanasından çıxdıqdan sonra açıqlama verib
Reza Təğəvi Tehranda 29 ay saxlandığı Evin həbsxanasından çıxdıqdan sonra açıqlama verib

O, İranın zorakı müxalifət qrupu ilə əlaqəsi olduğunu rədd edib

Tehranın azadlığa buraxdığı iranlı amerikalı biznesmen İranın zorakı müxalifət qrupu ilə əlaqəsi olduğunu rədd edib. Reza Təğəvi Tehranda 29 ay saxlandığı Evin həbsxanasından çıxdıqdan bir gün sonra bu gün açıqlama verib. 71 yaşlı Təğəvi 2008-ci ildə İran paytaxtında bir nəfərə 200 dollar pul verdiyi etiraf edib, amma deyib ki, pulu ona tanışı verib və kiminsə hər hansı bir terrorçu təşkilatla əlaqəsi olduğu haqda heç bir şey bilməyib. İran rəsmiləri Təğəviyə qarşı cinayət işi qaldırmayıblar. Onlar deyir ki, pulu alan Tondar qrupu 2008-ci ildə Şirazdakı məsciddə həyata keçirilən bomba partlayışında günahlandırılır. Azadlığa buraxılmaq üçün şərt kimi Təğəvi İranı tərk etməmişdən əvvəl partlayışın baş verdiyi əraziyə baş çəkməlidir.

XS
SM
MD
LG