Accessibility links

Texas ştatında daha bir partlayış


Texas ştatının San-Antonio şəhəri yaxınlığındakı FedEx şirkətində gecə saatlarında paket bombasının partlamasından sonra bu hücumun Ostindəki partlayışlarla əlaqəli olub-olmadığını təsbit etməyə çalışır.

Son partlayış zamanı bir nəfərin yaralandığı, Federal agentlərin hadisə yerində araşdırma apardıqları deyilir.

Sonuncu paketin də dörd partlayışın baş verdiyi Ostin şəhərinə göndərildiyi bildirilir.

Birləşmiş Ştatlar təhqiqatçılarının dediyinə görə, bazar günü həyata keçirilən partlayış bundan əvvəlki üç partlayışla müqayisədə daha güclü olub.

Rəsmilər Austindəki bomba partlayışı zamanı yaralananların hər ikisinin 20 yaşlarındakı gənclər olduğunu bildirib. Ostin polis idarəsinin rəisi Brayan Menli hər iki gəncin ağır yaralar aldığını, lakin hazırda vəziyyətlərinin sabit olduğunu deyib.

Təhqiqatçıların dediyinə görə, dünən partladılan qurğu ilə bundan əvvəl Ostində partladılan üç qurğu arasında bənzərliklər var. Əvvəlki partlayışlar nəticəsində iki nəfər ölüb, digər iki nəfər yaralanıb.

Rəsmilər hüquq mühafizə orqanlarına bomba hücumlarını həyata keçirənlər haqda məlumat verənə 100 min dollar mükafat vəd edib.

XS
SM
MD
LG