Yanvarın 31-də Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Klassik Xalq Cəbhəsi, Demokrat partiyaları, ziyalılar, ictimaiyyətin çoxsaylı nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar onun anadan olduğu Novxanı kəndindəki abidəsi önündə anım mərasimləri keçirib.
Mərasimlərdə “Rəsulzadə-Elçibəy, başqa böyük yox!”, “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə!”, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”, “Azadlıq!”, “Demokratiya!” şüarları səsləndirilib.
Mərasimlərdə Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, tarixçi alimlər, ictimaiyyət nümayəndələri çıxışlar edib.