Accessibility links

Maarif Mürsəlov: Övladımdan əl çəkdim-hökumət bizdən əl çəksin [Audio-Müsahibə]


Rəsul Mürsəlov (Foto Rəsul Mürsəlovun Facebook səhifəsindən götürülüb)
Rəsul Mürsəlov (Foto Rəsul Mürsəlovun Facebook səhifəsindən götürülüb)

Müxalifət fəalının atası oğlundan imtina etdiyini bildirir

“Heç kəs övladından imtina etməz. Amma bizi çox narahat edirlər. Bütün qohum qardaşımızı narahat edirlər. Ona görə məcburən övladımdan imtina etdim ki, bizdən əl çəksinlər. Ya da mən də Azərbaycan vətəndaşlığından imtina edib getməliyəm. Mən bu qoca yaşımda hara gedim”. Bu barədə bu günlərdə oğlu Rəsul Mürsəlovdan imtina etmiş Maarif Mürsəlov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:02:08 0:00

Müxalifət fəalı Rəsul Mürsəlov Türkiyədən olan dostu Alirza Kutlu ilə 2012-ci il iyulun 18-də Balakən rayonunun (Bakıdan 441 kilometr şimal qərb) Gürcüstanla sərhəd Çölçü kəndində saxlanılıb və barələrində “sərhədi qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılıb.

Rayon məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay azadlıqdan məhrum edilib. 2014-cü il yanvarın 25-də həbsdən azad edilən Mürsəlov təzyiqlərlə üzləşdityini bildirib. Mürsəlov təzyiqlərdən sonra Grücüstana keçib, orada barəsində yenidən cinayət işi qaldırıldığını öyrənib və Ukraynaya gedib.

Rəsul Mürsəlov heç bir qanunsuz əməli etmədiyini, həbsinin və sonradan ona qarşı qaldırlan cinayət işinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu iddia edir.

Müxalifət fəalının atası Maarif Mürsəlov Amerikanın Səsinə bildirib ki, hüquq mühafizə orqanlardan gələrək oğlunun yazdıqları yazılara görə ailəsinə və qohumlarına təzyiqlər edirlər.

“Onlara deyirəm, oğlumu 18 yaşınadək böyütmüşən, əsgərliyini çəkib. İndi onu hökumət bu duruma gətirib. Oğlum nə deyirsə, düz deyir”.

O, təzyiqlərdən danışarkən insanların azadlıq hüququnun tapdandığını bildirib.

“Oğlum azad söz dediyinə görə gəlib atanı, valideyni, qohumları incidirlər. Ona görə, oğlumdan imtina etmişəm”.

Maarif Mürsəlovun dediyinə görə, qohumlarını işdən azad ediləcəkləri ilə hədələyirlər.

“Qohumların nə təqsiri var. Otuz yaşlı bir vətəndaşın söz deməyə ixtiyarı çatmır? Qohumlarının nə təqsiri var. Uşaq vətənini də atıb gedib, sürgündədir. Məni də sürgün etmək istəyirlər, mən də çıxım gedim? Qohum-qardaş da getsin? Qoysunlar rahat yaşayaq!”, o qeyd edib.

Ata hökumətə də müraciət edib.

“Mən övladımdan əl çəkdim. İndi hökumət məndən əl çəksin. Qoysun rahat yaşayaq, rahat ölək. Onsuz da hökumətdən bizə başqa xeyir dəyməyib”, Maarif Mürsəlov qeyd edib.

XS
SM
MD
LG