Accessibility links

ATƏT PA və AŞPA Rəsul Cəfərovun həbsini pisləyir


Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)
Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassor hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə həbs cəzası almasını pisləyən bəyanatla çıxış edib.

O, Twitterdəki mikrobloqunda yazıb ki, “Azərbaycanda hüquq müdafiəçilərinə qarşı represiyaların davam etməsi vəziyyətin pisləşdiyini göstərir.

Azərbaycanın insan hüquqları, hüquq sisteminin müstəqilliyi və söz azadlığının təminatı məsələlərinin öhdəsindən gələ bilmədiyini görmək çox ağırdır”, - AŞPA sədri bildirib.

***

ATƏT Parlament Assambleyası demokratiya və insan hüquqları komitəsinin rəhbəri İzabel Santos hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökmü pisləyib. R.Cəfərov uydurma ittihamla 6 il yarım müddətinə azadlıqdan məhrum edilib.

“Ötən il Azərbaycanın vətəndaş cəmiyyətinin görkəmli nümayəndələrinə hücumlar dövrü oldu. İndiki hökm cənab Cəfərovun uzun müddət təqib olunmasının nəticəsidir.

Hazırda bizim hamımızın onun “vicdan məhbusu” olduğunu bəyan etməyimizin vaxtıdır və təəssüf ki, o, Azərbaycanda yeganə belə şəxs deyil”, - İ.Santos vurğulayıb.

O, həmçinin Azərbaycanda vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsi işində R.Cəfərovun böyük rolunu qeyd edib. Santos ATƏT PA-nın Bakıda keçirilən illik sessiyası çərçivəsində insan hüquqları üzrə tədbirlərdən birində R.Cəfərovun iştirakını xatırladıb.

R.Cəfərovun həbsindən sonra İ.Santos bir neçə dəfə Azərbaycan hakimiyyətinə müraciət edərək onun və digər siyasi məhbusların azad olunmasını xahiş edib.

XS
SM
MD
LG