Ötən ay Nümayəndələr Palatası və Senat seçkilərində qalib gəldikdən sonra bu ay Respublikaçılar Konqresə nəzarəti ələ alıblar. Rəspublikaçılar təkcə önümüzdəki iki ilə görə həyəcanlı deyil, onlar həm də 2016-cı ildə keçiriləcək prezident seçkilərinə hazırlaşırlar.
İdeyalar savaşı heç vaxt bitmir, və bitməməlidir də. Spiker kimi mənim istədiyim və ümid etdiyim yeganə şey bizim fikir ayrılıqlarını normal qarşılamağımızdırCon Beyner
Konqresin artıq yeni idarə heyəti var. Senat və Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçıların artıq özlərini amerikalılara sübut etməyə fürsətləri var.
Nümayəndələr Palatasının spikeri Con Beyner:
“İdeyalar savaşı heç vaxt bitmir, və bitməməlidir də. Spiker kimi mənim istədiyim və ümid etdiyim yeganə şey bizim fikir ayrılıqlarını normal qarşılamağımızdır.”
Konqresə Respublikaçıların nəzarət etməsi prezidentliyinin son iki ilində Barak Obamaya böyük çətinlik yaradacaq.
Lakin immiqrasiya islahatında etdiyi kimi, prezident lazım olduğunda yenə də birtərəfli hərəkət edəcəyini deyir.
“Mən böyük problem görəndə və bu problemi həll etmək üçün imkanım olanda, mənim insanlara bu köməkliyi göstərməyə tam hüquqi səlahiyyətim olduğu üçün mən belə də edəcəyəm.”
Yeni gərginliklərlə birgə köhnə yaralar da özünü büruzə verir.
Respublikaçı Mitç Makkonnel Senatın yeni coxluğunun lideridir.
“Prezident bizim Senatdakı gündəmimizi müəyyən etməyəcək. Biz inanırıq ki, bizim gündəmimiz amerikalılar üçün daha çox yeni iş yeri yaradacaq.”
Respublikaçılar üçün Konqresə nəzarət amerikalılara nələr edə biləcəklərini göstərmək fürsətidir, xüsusən də prezident seçkiləri yaxınlaşdığı ərəfədə, deyə təhlilçi Con Fortier bildirir.
Hazırda bizim partiyamızdakı Respublikaçılar, o cümlədən spiker Beyner və Mitç Makkonnel çalışırlar ki, 2016-cı ildə prezident seçkilərini bir Respublikaçı qazansınStuart Rozenberq
“Onlar müsbət məram sahibləri olduqlarını göstərmək istəyirlər. Ara seçkilərində müxalifət partiyası olaraq ‘Obama administrasiyası zəif işləyir’ demək asandır. Ancaq onlar sübut etməlidirlər ki, onların doğurdan da müsbət məqsədləri var. Bunun üçün də onlara 2016-cı ildə gələcəyə dair məqsədləri olan namizəd lazımdır.”
Respublikaçı təhlilçi Skot Folknerin sözlərinə görə onlar prezidenti tənqid etməkdən savayı başqa işlər görməlidirlər.
“Onlar idarə edə bildiklərini sübut etməlidirlər. Obama adminstrasiyasının tətbiq etdiyi proqramların arxasınca gedib onları məğlub etmək ayrıdır, onlara alternativ proqram təklif etmək isə ayrı.”
Bir neçə konservativ konqresmen spiker Beynerin yenidən seçilməsinə etiraz edib və bu Respublikaçı partiyası arasında fikir ayrılıqlarının olduğunu göstərir, deyə siyasi ekspert Stuart Rozenberq bildirir.
“Hazırda bizim partiyamızdakı Respublikaçılar, o cümlədən spiker Beyner və Mitç Makkonnel çalışırlar ki, 2016-cı ildə prezident seçkilərini bir Respublikaçı qazansın.”
Sabiq Florida qubernatoru Ceb Buş və 2012-ci il prezident seçkilərinə namizəd Mit Romni Ağ Evə namizədliyi irəli sürənlərin sırasına daxildilər.