Accessibility links

Azərbaycanda 28 May Respublika Günü qeyd edilir

Respubika Günü rəsmi dövlət bayramıdır və iş günü deyil.

Respublika Günü münasibəti ilə Azərbayvcan hökuməti rəsmi qəbul təşkil edib. İctimaiyyət və çoxsaylı siyasi partiyalar, ictimai hərəkatlar Məmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı kəndində ucaldlılmış. Yeganə abidəsini ziyarət edib. Bayram mitinqləri təşkil edib, D 18 Hərəkatı isə bayramı Bakının mərkəzi küçələrində insanlara gün paylamaqla qeyd edib.

Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya müharibəsi və Rusiya imperiyasında mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olan siyasi proseslər başa çatdıqdan sonra mümkün olub. Lakin Rusiya imperiyası Cənubi Qafqaz xalqları arasında təfriqələr salmaqla onların Zaqafqaziya konfederasiyasında birləşməsinə imkanı verməyib.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci il mayın 28-də elan edilib. Bununla da AXC Şərqdə yaranan ilk demokratik dövlət olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında qəbul edilib. Milli Şuranın ilk başçısı Məmməd Əmin Rəsulzadə olub.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işləyib, sonra Gəncəyə köçürülüb. Gəncədə Milli Şura öz işini dayandıraraq səlahiyyətlərini hökumətə verib.

Yalnız 1918-ci ilin sentyabrında - Bakı Rusiyapərəst qüvvələrdən alınandan sonra milli hökumət Gəncədən Bakıya köçüb. AXC Versal sülh konfransında de-fakto tanınıb. AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də işğalçı sovet qoşunları Azərbaycana soxularaq ölkəni işğal edib.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq

XS
SM
MD
LG