Accessibility links

Vergilər naziri ABŞ səfiri ilə görüşüb


Mikayıl Cabbarov və Robert Sekuta
Mikayıl Cabbarov və Robert Sekuta

Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər.

Görüşdə Azərbaycanda vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG