Birləşmiş Ştataların prezidenti olmaq istəyən səkkiz Respublikaçı çərşənbə günü Viskonsində səhnəyə çıxaraq gələn il keçiriləcək seçkidən öncə partiyalarnın ilk debatında iştirak ediblər.
Respublikaçıların bu seçki mövsümündə keçirdiyi ilk 2 saat davam edən və televiziyada yayımlanan debatda moderatorun “otaqda olmayan fil” adlandırdığı partiyanın öndə gedən namizədi olan sabiq prezident Donald Tramp haqqında müxtəlif fikir mübadilələri aparılıb. Tramp rəy sorğularında çox öndə olduğu üçün səhnəyə çıxmağa ehtiyacının olmadığına qərar verib.
Bəzi namizədlər, o cümlədən Trampın sabiq vitse-prezidenti Mayk Pens və Nyu Cersi Ştatının sabiq qubernatoru Kris Kristi Trampın Konstitusiyaya hörmət etmədiyi və hazırda 91 ittihamla üzləşdiy üçün yenidən prezident olmaqdan diskvalifikasiya olduğunu irəli sürüb.
Tramp cümə axşamı dələduzluq və 2020-ci il seçkisində məğlubiyyətini dəyişməyə cəhd etmək məqsədilə seçkiyə müdaxilə etməkdə ittiham olunduğu dördüncü cinayət işi ilə əlaqədar Corciya ştatının Atlanta şəhərində məhkəməyə təslim olacaq.
Pens Fiserv Forumunda auditoriyya deyib ki, “Amerika xalqı bilməlidir ki, prezident məndən onu Konstitusiyadan üstün tutmamı istəyərək,” onun Konqresin Demokrat Co Baydenin Trampı 2020-ci il seçkisində məğlub etdiyini sertifikatlaşdırmasına nəzarət etməkdən imtina etməsini tələb edib.
Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli isə elan edib ki, “Tramp Amerikada ən sevilməyən siyasətçidir. Biz bu şəkildə ümummili seçkidə qalib gələ bilmərik.”
Ancaq rəy soröularında dəstəyi artan və siyasətə yeni qoşulan Vivek Ramasvami Trampı dəstəkləyərək, onun “21-ci əsrin ən yaxşı prezidenti” olduğunu deyib.
Digər Respublikaçı namizədlər Pensin 2021-ci il 6 yanvar tarixində Trampın Konqresdə Baydenin qələbəsinin təsdiqlənməsini dayandırmaq tələbini rədd etməkdəki rolunu etiraf edərək, Trampın təqibini Baydenin nəzarətində olan Ədliyyə Departamenti tərəfindən siyasi silahlanma kimi qiymətləndirdilər.
Florida qubernatoru Ron DeSantis bildirib ki, “Bu seçki 6 yanvarla əlaqəli deyil. Biz sizin gələcəyinizə diqqət yetirməli, gələcəyə baxmalıyıq.”
Debat səhnəsinə çıxan səkkiz namizəddən yalnız ikisi, Kristi və keçmiş Arkanzas qubernatoru Asa Hatçinson deyib ki, onlar Tramp mühakimə olunsa və yenə də Respublikaçıların prezidentliyə namizədliyini qazansa, onlar onu dəstəkləməyəcəklər.
Tramp rəy sorğularında prezidentliyə Respublikaçı namizədlər arasında ən yaxın rəqibi olan Florida qubernatoru Ron de Santisdən 40 faiz öndə gedir. Bütün digər Respublikaçı rəqiblərinin hər biri isə rəy sorğularında 10 faizdən az səs qazanıb.
Ramasvami çərşənbə günü Amerikanın Ukraynaya dəstəyini sorğulayaraq, Çinin Birləşmiş Ştatlara üçün Rusiyadan daha böyük təhlükə olduğunu deyib. Bir neçə digər namizəd, o cümlədən ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi olan Nikki Heyli Rusiya qüvvələrinə qarşı özünü müdafiə edən Ukraynaya güclü dəstəyini ifadə edib.
Debat səhnəsinə çıxanlar arasında Cənubi Karolina Senatoru Tim Skott və Şimali Dakota qubernatoru Doq Burqum olub.
Bütün namizədlər ABŞ-ın abort hüquqlarına qoyduduğu məhdudiyyətləri dəstəklədiklərini desə də, bunun təfərrüatları ilə bağlı fərqli fikirlər səsləndiriblər. Ötən il Ali Məhkəməsi ABŞ-da 50 ildir abor proseduruna verilən hüququ ləğv etmək qərarı qəbul edərək, abortlara icazə verib-verməmək qərarını hər bir 50 ştatın öhdəsinə buraxdı.
Namizədlər içində ən gənci olan 38 yaşlı Ramasvami bir nöqtədə “Amerikalı olmağın nə demək olduğuna dair bir xəyal” yaratmaq üçün “outsayderə ehtiyac var” deyib.
Pens isə “İndi iş yerində təlim zamanı deyil” deyə cavab verib.
Debatdan sonra Pens müxbirlərə deyib ki, heç kəs onun debat səhnəsində sərgilədiyi gücdən təəccüblənməməli idi.
“Mən Tramp-Pens administrasiyasında mühafizəkar dəyərlərin aparıcı müdafiəçisi idim. Mən mübarizə aparmağı bilirəm və bu gücə bu mübarizəni aparmağa şadam,” keçmiş vitse-prezident deyib.
Pensin debat gecəsi əsas rəqibi Ramasvami deyib ki, o, ona ünvanlanan şifahi yaylım atəşindən həzz alıb.
“Mayk Pensin mənə qarşı təcrübə fərqi ilə gəlməsi, məncə, əla bir şeydir, çünki bu ölkədəki insanların 1980-ci ildə əzbərlədikləri şüarları söyləyən insanlara geri dönməkdə maraqlı olduğunu düşünmürəm” Ramasvami deyib.
Forum