Accessibility links

Hesabat: Mümkündür ki, Rusiya Ukraynada Fransa və Almaniyaya məxsus hərbi texnikadan istifadə edir


Lukaşivka, Ukrayna. 22 aprel, 2022.
Lukaşivka, Ukrayna. 22 aprel, 2022.

Britaniyanın Telegraph qəzətinin Avropa Komissiyasından alınan məlumata əsaslanaraq hazırladığı yeni hesabatda bildirilir ki, Fransa və Almaniya daha öncə Rusiyanı təxminən 300 milyon dollar dəyərində hərbi avadanlıqla təchiz edib.

Qəzet bildirir ki, hərbi avadanlıqlar Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Avropa İttifaqı boyu Rusiyaya silah satışına tətbiq olunan embarqoya rəğmən göndərilib.

Almaniya silah satışını müdafiə edərək, göndərilən əşyaların “ikili istifadə” üçün nəzərdə tutulan avadanlıqlar olduğunu və Rusiyanın onların hərbi istifadə üçün deyil, mülki vətəndaşlar üçün lazım olduğunu söylədiyini bildirib.

Qəzət xəbər verib ki, Rusiyaya göndərilən avadanlıqlara “bombalar, idarə olunan və idarə olunmayan raketlər və silahlar” daxil olub. Telegraph bildirib ki, Fransa şirkətləri də “1000-dən çox Rusiya tankları üçün termal kameralar, eləcə də döyüş təyyarələri və hücum helikopterləri üçün naviqasiya sistemləri” göndəriblər.

Qəzet həmçinin bildirib ki, azı 10 Aİ üzvü Rusiyaya 380 milyon dollar dəyərində hərbi avadanlıq göndərib. Telegraph onların 78 faizinin Almaniya və Fransa şirkətlərindən gəldiyini bildirib.

Rusiyaya silah satan digər Avropa ölkələrinə Avstriya, Britaniya, Bolqarıstan, Çex Respublikası və İtaliya daxildir.

Avropa parlamentinin rumıniyalı üzvü Kristian Terhes Telegraph-la Aİ-nin Rusiyaya hərbi ləvazimatlar satan ölkələri ilə bağlı təhiqatının təhlilini paylaşıb.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Rusiya generalının sözlərini Moskvanın Ukraynada uğur əldə etdiyi təqidrə başqa ölkələrə hərbi müdaxilə edəcəyinə dair sübut olaraq qiymətləndirib. General deyib ki, Rusiyanın məqsədi Ukraynanın bütün cənub və şərq hissəsini ələ keçirib, qonşu Moldovadakə Dnestryanıya çıxış əldə etməkdir.

“Bu mənim daha öncə dəfələrlə söylədiklərim təsdiq edir: Rusiyanın Urkaynaya hərbi müdaxiləsi təkcə başlanğıcdır,” Zelenski cümə günü axşam müraciətində bildirib.

O deyib ki, cümə günü Rusiya mərkəzi hərbi dairsəinin komandir müavini Rüstəm Minnekayvin sözlərinin Rusiyanın Ukrayna ilə dayanmayacağını göstərir.

ABŞ Dövlət Departamentinin sözçüsü Jalina Porter Rusiya generalının söylədiklərini şərh etməkdən imtina edib, amma deyib ki, Vaşinqton Moldovanın suverenliyini qəti dəstəkləyir.

Rusiya Prezidenti Vladimir Putin daha öncə Ruisyanın Ukrayna şəhərlərini daimi işğal etmək niyyətində olmadığını bildirmişdi. Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Rusiya gəmisi

Rusiyanın Müdafiə Nazirliyi cümə günü ilk dəfə etiraf edib ki, “Moskva” raket kreyseri ötən həftə batdığı zaman tələfatların olub.

Rusiya Donanmasına məxsus "Moskva" raket kreyseri. 18 iyun, 2021.
Rusiya Donanmasına məxsus "Moskva" raket kreyseri. 18 iyun, 2021.

Nazirlik bir hərbi qulluqçunun öldüyünü, 27-nin itkin düşdüyünü bildirib.

Ukrayna və Birləşmiş Ştatlar bildirib ki, gəmiyə Ukraynanın kruiz raketi atılıb, Rusiya isə gəminin yanğın nəticəsində batdığını deyir.

İnsidentdən dərhal sonra, Rusiya gəminin bütün ekipaj üzvlərinin xilas edildiyini bildirmişdi. Moskva cümə günü 396 ekipaj üzvünün xilas edildiyini deyib.

Hərbi görüş

Pentaqon cümə günü deyib ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynanın müdafiə ehtiyaclarını müzakirə etmək üçün aprelin 26-da Almaniyada 20-dən çox ölkənin müdafiə rəsmiləri və hərbi liderləri ilə görüş keçirəcək.

Pentaqonun mətbuat katibi Con Kirbi deyib ki, görüşə 40-dan ölkə dəvət olunub və bəzilərindən hələ cavab gəlməyib.

O deyib ki, həm NATO üzvü olan həm də olmayan ölkələrin də iştirak edəcəyi danışıqlar çərşənbə axşamı Ramşteyn Hava Bazasında keçiriləcək.

Zelenski cümə günü deyib ki, müttəfiqlər nəhayət Ukraynaya özünü müdafiə etməsi üçün silah çatdırırlar.

Kanada cümə günü, Baş nazir Cstin Trudonun söz verdiyi kimi, Ukraynanı ağır artlleriya ilə təmin etdiyini elan edib.

Diplomatik səylər

Cümə günü ABŞ-ın dövlət katibi Antoni Blinken Vaşinqtonda Ukrayna Baş naziri Denis Şmihala görüşüb. Dövlət Departamenti bildirib ki, Blinken “bizim Ukraynaya özünü Rusiyanın qəddar və əsassız aqressiya müharibəsinə qarşı uğurlu şəkildə müdafiə etməsinə yardım etmək qətiyyətini bir daha vurğulayıb.”

BMT cümə günü elan edib ki, baş katib Antonio Quterreş çərşənbə axşamı Moskvada Putinlə görüşəcək. O həmçinin xarici işlər naziri Sergey Lavrovla da görüşlər və işçi naharı keçirəcək.

Quterreş ardınca cümə axşamı Ukraynaya səfər edəcək və orada Zelenki ilə xarici işlər naziri Dmitro Kuleba ilə görüşəcək. BMT bildirib ki, o həmçinin BMT idarələrinin işçiləri ilə görüşərək, ukraynalılara humanitar yardımı artırmağı müzakirə edəcək.

BMT rəhbəri bu həftənin əvvəlinə Putin və Zelenskiyə məktub yazaraq Ukraynada sülh üçün növbəti addımları müzakirə etmək üçün görüş tələb edib.

Quterreş həmçinin bu həftə bazar günü Ukrayna və Rusiyada qeyd olunan Ortodoks Pasxa zamanı döyüşlərə dörd günlük humanitar ara verilməsinə çağırıb. Amma onun bu səyləri hələ ki, heç bir nəticə verməyib.

Lavrov cümə günü Moskvada mətbuat konfransında deyib ki, Ukraynada döyüşlərə son qoymaq üçün aparılan danışıqlar dayandırılıb, çünki kyiv hələ ki, Moskvanın ən son təkliflərinə cavab verməyib.

Ancaq Rusiyanın Ukrayna ilə danışıqlarda baş vasitəçisi və Putinin müşaviri Vladimir Medinski cümə günü Ukrayna nümayəndə heyətinin başçısı ilə bir neçə uzun söhbətlər apardığını təsdiq edib.

İddia olunan müharibə cinayətləri

BMT-nin Cenevrədəki insan hüquqları ofisi cümə günü bildirib ki, Rusiyanın Urkaynada müharibə cinayətləri törətdiyinə dair sübutlar artır.

“Rusiya silahlı qüvvələri əhalinin məskunlaşdığı əraziləri fərq qoymadan atəşə tutub və bombalayıb, mülki əhalini öldürüb, xəstəxanaları, məktəbləri və digər mülki infrastrukturları dağıdıb ki, bunlar müharibə cinayəti sayıla biləcək hərəkətlərdir” deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

BMT həmçnin bildirib ki, belə görünür, Ukrayna qüvvələri də silahlardan fərq qoymadan istifadə edib.

XS
SM
MD
LG