Suğortaçılar və başqa eksperlər son günlər ABŞ-da azı 21 nəfərin ölümünə səbəb olmuş İren qasırğasının vurduğu iqtisadi zərərin cəmi dəyərini hesablayırlar.
Kinetik Analiz Korporasiyası dəyən zərərin ilkin ehtimallardan az, təxminən 7 milyard dollar olduğunu deyir. Fırtına ilkin olaraq ABŞ-ın cənub sahil ştatı olan Şimali Karolinanı vurub və şimala, Nyu Cersi, Nyu-York və Nyu İnglənd ştatlarına doğru istiqamət götürüb.
Qasırğa elektrik xəttlərini sıradan çıxararaq, dörd milyon insanı işıqsız qoyub. İki milyon yarım insan evakuasiya edilib.
Şiddətli külək, daşqın və ağacların aşması nəticəsində tikililərə zərər dəyib. Mütəxəssislər ən çox əhalinin sıx məskunlaşdığı Nyu Cersi ştatının qasırğadan zərər çəkdiyini deyirlər.